19-09-2016 [13:20]
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov Trend-in suallarını cavablandırıb.
– Əli müəllim, müxalifətin referendum əleyhinə mitinqi növbəti dəfə uğursuz keçdi. Özünü "Milli Şura” adlandıran müxalifətin indiki «mitinq taktikası» barədə nə deyə bilərsiniz?
– Əsl həqiqət ondan ibarətdir ki, obrazlı şəkildə ifadə etsək, müxalifət barıtsız patron kimidir. Onun sosial bazasının demək olar ki, sıfıra bərabər olması hər kəsin çoxdan alışdığı reallıqdır. Ona görə də, müxalifətin istənilən cəhdinin uğursuz alınması təəcüblü görünməməlidir. Müxalifətin bəzi dairələrinin referenduma qarşı çıxmasını isə mən onların axına qarşı üzmək cəhdi adlandırardım. Ölkədə Prezidentin referendum təşəbbüsünə böyük etimadın müşahidəsi fonunda antireferendum təbliğatı cəhdlərinə başqa ad vermək mümkün deyil. Xüsusilə də bunu sosial dayağını bütünlüklə itirmiş müxalifət qruplaşması etdikdə, uğursuzluqdan yan qaçmaq mümkün deyil. Bir şey də demək istəyirəm. Nəinki insanlar, təbiət də onlardan bezib. Neçə dəfədir onlar mitinq keçirəndə hava şəraiti kəskin dəyişir. Hava proqnozları sentyabrın 17-ə yağış göstərmirdi. Ancaq gördünüz ki, günün böyük hissəsi necə yağmurlu oldu. Hazırki müxalifət bütün siyasi resurslarını və perspektivlərini itirmiş kiçik, təsirsiz qrupdan başqa bir şey deyil.
– "Milli Şura”nın mitinqində referendumdan, Konstitusiyaya dəyişikliklərindən daha çox digər məsələlərdən, iqtisadi və sosial xarakterli problemlərdən bəhs edildi. Bu necə qiymətləndirilə bilər: taktiki gediş, yoxsa Konstitusiyaya dəyişikliklər ilə bağlı sözün olmaması?
– Çox ehtimal ki, "Milli Şura”nın təhlilçiləri referenduma etiraz adı altında iqtisadi və sosial problemlərin qabardılmasını özləri üçün perspektivlər vəd edən taktiki gediş sayıblar. Mitinqin uğursuzluğa düçar olması onların bu düşüncələrinin həmişəki kimi səhv olduğunu göstərdi. Məlum oldu ki, müxalifətin hətta azsaylı tərəfdarları mitinqə bir əyləncə kimi yanaşır. Hava yaxşı olanda gəlirlər, necə deyərlər, təmiz hava alırlar. Hava şəraiti pis olduqda isə, özlərinə əziyyət vermək istəmirlər. Bu cür təfəkkür və əqidə sahiblərindən insanlar nə gözləsin.
Məsələnin mahiyyətinə gəldikdə isə söhbət ondan gedir ki, insanlar iqtisadi və sosial sahədə mövcüd olan problemlərin həllini müxalifətdən deyil iqtidardan gözləyir. Prezidentin yeni iqtisadi və sosial islahatlar strateqiyası özünün aktiv fazasına daxil olub. Nəticənin yaxın zamanlarda özünü göstərəcəyinə heç kəs şübhə etmir. Əhəmiyyətli siyasi islahatlar aparılmasını nəzərdə tutan referendum bütünlükdə Prezident İlham Əliyevin islahatlar proqramını tamamlamaq məqsədini güdür. İnsanlar bu islahatların müsbət nəticələrə səbəb olacağına inanır. Bu mənada müxalifətin ifasında iqtisadi və sosial problemlər haqqında çıxışlar səmimilikdən məhrumdur və ona kimsə qulaq asmaq istəmir.
– Əli müəllim, "Milli Şura” adlandırılan bir qurumun mitinqlərində din elementi açıq şəkildə müşahidə olunurdu. Nə baş verir: müxalifət, yaxud onun bir qanadı dini radikalizmlə birləşir?
– İqtidar olaraq bizi özünü "Milli Şura” kimi təqdim edən qurumun, yaxud müxalifətin digər qanadlarının təşkil etdiyi mitinqlər qətiyyən narahat etmir. Çünki hər dəfə bu mitinqlər hamıya məlum olan bir həqiqətin növbəti təsdiqinə çevrilir – müxalifət hər hansı ciddi sosial dayaqdan məhrumdur, iqtidarın sosial bazası isə yetərincə genişdir və bu, xalqla iqtidarın birliyində özünün ifadəsini tapır.
"Milli Şura”nın son həftələrdə təşkil etdiyi mitinqlərdə həqiqətən narahatlıq doğuran siyasi müxalifətin dini radikalizmlə birləşməsi, siyasətə din elementlərinin gətirilməsidir. Əvvəla, bu qanuna ziddir. Siyasi partiyaların din elementlərindən, dindarlardan öz fəaliyyətlərində və aksiyalarında istifadə etməsi qanunla qadağan olunub. İkincisi, siyasətə din elementlərinin gətirilməsi dünyəvi dövlət anlayışı ilə bir araya sığmır. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası dünyəvi dövlət elan edilib və bu mənada siyasətə din elementlərinin gətirilməsi ölkənin konstitusion əsaslarına təhlükə kimi qiymətləndirilməlidir. Üçüncüsü isə, bunu mən xüsusilə vurğulamaq istəyirəm, biz ətrafımızda baş verən fəlakətlərdən ibrət dərsi götürməyə məcburuq. Yaxın və Orta Şərqi qana bürümüş hadisələrin ətrafdakı istənilən ölkəyə keçmə ehtimalı böyükdür. Dini radikalizm isə bu işdə ən təhlükəli vasitə ola bilər.
Azərbaycandakı davamlı, dayanaqlı sabitlik indiki halda malik olduğumuz ən böyük nemətdir. Prezidentin həyata keçirdiyi unikal uğurlu siyasət sayəsində qərar tapmış sabitliyi qorumaq təkcə iqtidarın deyil, bütün siyasi qüvvələrin, qrupların, hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. Əks halda, hər şey əldən gedə bilər. Nümunə isə göz qabağındadır. Bizim ölkəmizdən çox da uzaq olmayan coğrafiyalarda qan ürpədən insan faciələri, həlak olan on minlərlə insan, dağılan ailələr, yerlə yeksan olan şəhərlər, məhv olan ölkələr, çöllərə düşən, sığınacaq diləyən bütöv millət.
Belə bir şəraitdə siyasətə din elementlərinin gətirilməsini, partiyaların dini radikalizmlə birləşməsini nəinki sabitliyə, əmin-amanlığa, həm də ölkənin birliyinə, dövlətin mövcudluğuna, millətin təhlükəsizliyinə qəsd hesab edirəm. Həyəcan təbili çalınmalıdır. Bütün xalq öz etiraz səsini ucaltmalıdır. Siyasi müxalifətin dini radikalizmə yuvarlanmasının qarşısı qətiyyətlə alınmalıdır. Sonra gec ola bilər.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib