Maştağa sakini özünü yandırdı - Səbəb

img

19-09-2016 [11:48]


Bakıda intihara cəhd olub. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. 

Maştağa sakini, 1970-ci il təvəllüdlü Etibar Cəlal oğlu Bünyatov Binə qəsəbəsi ərazisində üzərinə benzin tökərək özünü yandırıb. Ərazidəki şəxslərin köməkliyi ilə yanğın söndürülüb. Nəticədə üz nahiyəsindən yanıq xəsarəti alan E. Bünyatov xəstəxanaya yerləşdirilib.
 
İlkin məlumata görə, E. Bünyatov qısqanclıq səbəbindən intihar etmək istəyib.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA