19-09-2016 [11:28]
Xəbər verdiyimiz kimi ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olub.
Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən "İsgəndər-M” operativ-taktiki raketləri nümayiş etdirilib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb. Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib.
Rusiyanın "Vedemosti” həftəliyi də Ermənistan Müdafiə Nazirliyindən şərh ala bilməyib. Rusiyanın silah ixracı ilə məşğul olan "Rosoboroneksport” dövlət korporasiyasının da telefonları cavab verməyib.
Lakin korporasiyanın iki meneceri anonimlik şərti ilə təsdiq edib ki, Ermənistana bir diviziyon "İsgəndər-M” raket komleksləri verilib. Mənbələr deyib ki, "Rosoboroneksport”un bu sövdələşməyə aidiyyatı yoxdur. Çünki raketlər KTMT çərçivəsində silah təchizatı razılaşması əsasında verilib. Bir diviziyonda dörd "İsgəndər-M” raket kompleksi var. Hər kompleks iki raket daşıyır.

Xatırladaq ki, Rusiya Ermənistana 200 milyon dollar güzəştli silah krediti verib. Həmin kredit əsasında alınacaq silahların siyahısında "İsgəndər-M” raketləri yer almırdı.
"Rosoboroneskport”un meneceri deyib ki, raketlərin verilməsinə dair müqavilə həmin kreditdən vəsaitlər cəlb edilmədən həyata keçirilib.
Xəbər verildiyi kimi Ermənistan 200 milyon dollarlıq kredit hesabına Rusiyadan "Smerç” reaktiv yaylım atəşi sistemləri və "Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri almalıdır.

"Vedemosti” qeyd edir ki, bu vaxta qədər "İsgəndər” raketləri heç bir ölkədə ixrac edilməmişdi. Bu raketlərin ixrac variantı 280 kilometr uçuş radiusuna malikdir.
KTMT üzvü olan ölkələrdən birinin Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, Azərbaycan Rusiya, Ukrayna və İsraildən uzaqvuran reaktiv yaylım atəşi sistemləri alandan sonra Ermənistanda bu silahların yaşayış məntəqələrinə zərbələr üçün istifadə ediləcəyinə dair qorxu yarandı.Mənbə xatırladıb ki, aprel döyüşləri zamanı müdafiə naziri Zakir Həsənov Xankəndinə dağıdıcı zərbələr barədə xəbərdarlıq edib.
Mənbə bildirib ki, bu baxımdan "İsgəndər” raketləri Azərbaycanın belə planlarının reallaşması baxımından ciddi çəkindirici amil ola bilər.
Lakin virtualaz.org qeyd edir ki, Azərbaycanın əlində Ermənistanın "İsgəndər” raketlərini neytrallaşdıracaq vasitələr var. O cümlədən Azərbaycan ordusu Naxçıvan istiqamətindən uzaqvuran raket komplekslərini İrəvana və Metsamor AES-ə tuşlamaqla Ermənistanın mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı "İsgəndər” raketlərini işə salmasını istisna edə bilər.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib