Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmadı

img

19-09-2016 [10:04]


Tanınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib.

Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. B.Hacıyevin statusunu təqdim edirik: "Ölkədən çıxışıma qadağa olduğunu deyib buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?".

Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verərək yazıb ki, onu ölkədən buraxmayıblar və bu barədə heç bir məlumat verməyiblər: "Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək..."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA