"Bu mitinq qanun pozuntusu ilə keçdi" - YAP-dan Müsavatın mitinqinə rəsmi reaksiya

img

18-09-2016 [17:18]


"Müsavatın bu günkü mitinqi "Sərbəst toplaşmaq haqqında" qanuna və Seçki Məcəlləsinə uyğun deyildi. Çünki orda çıxış edənlər həm referenduma toxundu, həm də digər şəxslərin hüquq və azadlıqlarını pozdular".

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, mitinqə  çox az sayda adam gəlib: "Onlar da mitinq təşkikatçılatçılarının yaxınları idilər. Mən qeyd edim ki, bu mitinq qanun pozuntusu ilə keçdi, bunu deməyə ordakı insanların çıxışı əsas verir. Orda həqiqətə uyğun olmayan və Azərbaycanın bugünkü inkişafının görməyən, ona qara yaxan çıxışlar oldu. Hamı görür ki, Azərbaycan bu gün həm xaricdə, həm daxildə xalqın mənafeyinə uyğun siyasət aparır". 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA