Oqtay Əsədov həmkarları ilə görüşüb

img

17-09-2016 [11:38]


Sentyabrın 16-da Strasburqda Milli Məclisin Sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çex Respublikası parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.

Milli Məclisdən verilən məlumata görə, görüşlərdə ölkələrimiz arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA