"Ziya Məmmədov, Heydər Əsədov və başqa bir neçə məmur..." - Partiya sədrindən ittiham

img

16-09-2016 [12:56]


"Bu gün Ziya Məmmədov birbaşa Milli Şurada təmsil olunan nazirdir”. Bu sözləri MMP sədri Hafiz Hacıyev Milli Şuranın sentyabrın 18-də "referenduma yox" şüarı ilə keçirəcək növbəti mitinqini PİA.AZ-a şərh edərkən deyib.

"Biz referendumla bağlı öz fikirlərimizi bildirmişik ki, referendum keçirilsin və prezidentin səlahiyyətləri artırılsın. Çünki prezidentin ərtafında olan quldur dəstələrin kənarlaşdırmaqdan ötrü prezidentə geniş səlahiyyət lazımdır. Bu səlahiyyət olmadığı üçün prezident böyük çətinliklər çəkir. Buna görə də bizim partiya referendumun keçirilməsinə hə deyib. Bizim İdarə Heyətinin də qərarı var ki, mitinq keçirək. Amma bizim partiya "Bahaçılığa son”, "Prezidentə xəyanət edən məmurların ifşa edilməsi” ilə bağlı mitinq edəcək. Yaxın günlərdə mitinqin vaxtın müəyyənləşdirəcəyik. Prezidentin hesabına milyardlar yığıb, xalqı talan edən məmurlar bu gün də o pulları mitinqlərin keçirilməsinə və dövlər başçısının başının qatılmasına sərf edirlər. Buna görə bizim mitinqlərimiz tamam başqa formada olacaq. Bütün dünya görəcək ki, Azərbaycan məmurları hər an çalışır ki, dövlətə xəyanət etsin. Ona görə ki, hakimiyyətin içində olan o məmurlar milyardlar yığıblar. İndi də o milyardları əllərində saxlamaq üçün prezidentə xəyanət edirlər. Göründüyü kimi prezidentin verdiyi fərmanlar icra olunmur, günü-gündən qiymətləri qaldırırlar, dolların məzənnəsi də qalxır. Bir söznən bu məmurlar xalqın qanın içirlər. Biz də bu günə qədər prezidentə köməkliyimizi əsirgəməmişik, bundan sonra da həmişə kömək etməyə hazırıq. Bu dəfə isə biz bu köməkliyi açıq şəkildə göstərəcəyik.

Müsavat Partiyasının mitinqi haqqında onu deyə bilərəm ki, Müsavat Partiyası satılmış, hərraca çıxarılmış qurumdur. O partiya partiya deyil. Partiyada ancaq Arif Hacılı və onun başqa qardaşlarıdır, başqa adam yoxdur. Onlar da istəyirlər gündəmdə qalalar və hakimiyyətin daxilində onlara da pul verən var. Biz söznən Müasvatın mitinqi yersizdir. Yəni Müsavat həmişə ölkədə Azərbaycanın milli birliyinə xələl gətirmiş bir partiya olubdur. Bu gün də onlar nəyi demək istəyir? Azərbaycanda Elçibəy hakimiyyətini devirən Qəmbərov İsa olmadı? Bunların hamısın Azərbaycan xalqı bilir. Necə ki, Milli Şuranı dağıtmaq üçün 2 milyon aldılar indi də bəzi məmurlar onlara 2 milyon veriblər ki, qalxın ayağa prezidentə təziyiq göstərin, prezidentin başı qarışşın və biz də istədiyimiz məsələləri asanlıqla həll edək. Yəni yığdıqları milyardları xaricə apara bilsinlər.

Misal olaraq bu gün Avropda yaranan müəyyən təşkilatları maliyyələşdirən Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Anar Məmmədovun qaynatası Kənd Təsərrüfatı naziri Heydər Əsəsdov da bir tərəfədən prezidentə xəyanət edir. Heydər Əsədov bütün gün yalan danışır. Çünki ölkəmizdə unun, çörəyin, ətin qiyməti qalxıbdır. Yığılan pullarla da onun kürəkəni xarici qüvvələri maliyələşdirir. Bunu niyə araşdırmırlar? Ziya Məmmədovun demək olar bütün səlahiyyətləri əlindən alınıb. Ona görə o istəməz ki, Azərbaycanda sakitçilk olsun. Bu barədə də prezidentə yalan məlumatlar verirlər. Bu gün Ziya Məmmədov birbaşa Milli Şurada təmsil olunan nazirdir. Hər halda məmurların tutduqları bu xəyanət yolu yaxşı yol deyil. Azərbaycan dövlətinin gələcəyin düşünən insanlar istəməzlər ki, Azərbaycanda da Suriya variantı yaransın. Amma xəyanətlər məşğul olan məmurlar istəyirlər ki, Azərbaycanda Suriya variantı yaransın. Onların tək məqsədi odur ki, əllərində olan milyardlar elə özlərinə qalsın.

Biz Müsavat Partiyası adlı bir partiya tanımırıq. Müasir Müsavat Partiyası M.Ə.Rəsulzadə irsinin davamçısıdır. Biz dövlətə, dövlət başçısına sadiqiq. Mən meydana çıxsam bu gün meydanda olanlar siçan deşiyi axtaracalqar. Xalqın içindəyik və hansı işlər gedir, hansı planlar var bilirik. Müasir Müsavat Partiyası yaxın vaxtlarda hakimiyyətin daxilində olan xəyanətkarlara qarşı ifşaedici mitinq keçirəcək. Bu mitinqdən sonra həm Qərbin, həm Avropanın dövləri görəcək ki, Azərbaycana xəyanət edənlər kimlərdir və nə istəyirlər. Biz mitinqlə bağlı çox güclü şəkildə təşkilatlanırıq. Mən iki ay bundan əvvəl də demişdim ki, təşkil olunan mitinqləri hakimiyyətin daxilindəki müəyyən qüvvələr təşkil edir. İndi bu sübut olundu və Siyavuş müəllim də bunu təsdiq etdi. Siyavuş müəllim deyib ki, araşdıracağıq.

Əgər adresin bilmirlərlərsə, mən deyim. Ziya Məmmədov, Heydər Əsədov və başqa bir neçə məmurlar da Milli Şuraya pul verir ki, mitinqlər olsun və prezident referendum keçirtməsin. Çünki bilirlər ki, referendumdan sonra prezident ciddi kadr, iqtisadi islahatları aparacaq. Azərbaycanın gələcəyi üçün müəyyən addımlar atacaqdır. Bu addımlar da daxildə olan məmurları narahat edir. Əgər prezident bu barədə öz qəti mövqeyin bildirməsə, bu məsələlərin axırı çox pis sonluqla qurtaracaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA