16-09-2016 [12:37]
"AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb.
Sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub.
Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 respondent cəlb edilib. Bunların 73,7%-i böyük şəhərlərdən, 10,1%-i kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,6%-ni qadınlar, 50,4%-ni kişilət təşkil edib. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 35%-i 30-39 yaş arası, 25,8%-i 18-29 yaş arası, 16,6%-i 40-49 yaş arası, 7,6%-i 50-59 yaş arası, 1,5%-i isə 70 və daha yuxarı yaşda insanlar olub.
Sorğu vərəqindəki suallar belə qruplaşdırıla bilər:
1. Əhalinin Referendumla bağlı məlumatlılıq səviyyəsi.
2. Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət.
3. Əhalinin siyasi fəallıq səviyyəsi.
4. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə münasibət.
Əhalinin Referendumla bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş "Ümumiyyətlə, Azərbaycandamilliseçkilər vəreferendum keçirildikdə Siz səsvermədə necə iştirak edirsiniz”sualına cavab olaraq respondentlərin böyük əksəriyyəti - 74,2% hər zaman səsvermədə iştirak etdiyini, 82,9% respondent isə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsində (referendum) iştirak edəcəyini bildirib. Belə ki, "Siz səsvermədə iştirak edəcəksinizmi”sualına 76,8% "Əlbəttə,iştirak edəcəyəm”, 6,1% isə "Ola bilsin ki, iştirak edəcəyəm”cavabını verib.
"Sizin qarşıdan gələn 26 Sentyabr ümumxalq səsverməsi-referendum- barədə hər hansı məlumatınız varmı” sualına 95% "bəli”cavabını verib ki, bu da keçiriləcək referendumla bağlı təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu və əhalinin siyasi proseslərə marağının yüksək səviyyədə olduğunu göstərir.
Sorğu nəticəsində məlum olub ki, əhali Konstitusiyada dəyişikliklər aparılmasını dəstəkləyir. Belə ki, "Siz 26 sentyabr referenduma çıxarılan Konstitusiya islahatının lehinə, yoxsa əleyhinəsiniz”sualına cavab olaraq respondentlərin 92,8%-i Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin lehinə olduğunu bildirib.
Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərməyib. Bu fikri əhalinin iqtisadi və sosial vəziyyəti ilə bağlı verilən suallara cavablar da təsdiqləyir. Belə ki,"Fikrinizcə, bu gün ölkəmizin qarşısında duran ən vacib məsələ hansıdır”sualına cavab olaraq, respondentlərin böyük əksəriyyəti 77,4% "Dağlıq Qarabağ münaqişəsi”cavabını qeyd edib. Burada yalnız 5,8% məşğulluq, 5,3% isə iqtisadi məsələləri vacib məsələ kimi qeyd edib ki, bu da çox kiçik bir qism təşkil edir. Bu fikri anket vərəqində yer almış "Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir”sualına verilən cavablarda respondentlərin 91,4%-nin ölkədə inkişaf meylinin olduğunu göstərməsi də təsdiq edir.
Sorğu anketinin digər bloku əhalinin siyasi məsələlərə münasibətinin öyrənilməsi ilə bağlıdır. Burada "2015-ci ildə keçirilənparlament seçkilərində hansı partiyanın namizədinə səs vermişdiniz”sualına cavab olaraq respondentlər say çoxluğu ilə - 92,8%-ləYeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildiriblər ki, bu da əhalinin mövcud siyasi hakimiyyətdən razılıq əlaməti kimi qəbul edilə bilər. Bu razılıq digər suallarla bağlı cavablarda da əksini tapıb. Belə ki, respondentlərin 98,4%-i əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9%-i inanır ki, bir çox ölkədə qeyri-stabil vəziyyət olduğu halda Azərbaycan regionda ən stabil ölkədir.
Sorğu vərəqində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər aşağıdakı kimi qruplaşdırılaraq bloklar şəklində təqdim edilib və bunun əsasında alınan nəticələr belədir:
Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda, 89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı, 88,9%-i İnsan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduğunu bildirib.
Aparılmış sosioloji sorğunun nəticəsi kimi qeyd edə bilərik ki, 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsinə (referendum) hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Belə ki, əhali referendumla bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. Ümid etmək olar ki, 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) zamanı keçiriləcək "exit-poll" sorğularının nəticələri apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib