15-09-2016 [16:16]
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur.
Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.
Nəsimi rayonundakı A.Rəhimov adına 247 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən 247 saylı məktəbin direktoru Raya Allahverdiyeva məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki, məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir.
Məktəb fəaliyyət göstərdiyi vaxtdan 2016-cı ilədək əsaslı təmir olunmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı ildə məktəb əsaslı təmir edilmişdir. 2016-cı ilin sentyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.
Məktəbdə 429 şagirdin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. 32 sinif otağı mövcuddur. 180 nəfərlik akt zalı və idman zalı, digər otaqlar (kitabxana, bufet, tibb otağı, kompyuter otağı, məktəbə hazırlıq qrupu otağı və.s) var. Məktəbin nəzdində 3 dərnək (Riyaziyyat rəqəmlərin dili ilə, Gənc riyaziyyatçılar, Bacarıqlı əllər) fəaliyyət göstərir.
2015-2016-cı tədris ilində məktəbi 22 şagird bitirmiş, bunlardan 15 nəfəri ali məktəblərə qəbul olunmuşdur. 2 nəfər 600-dən yuxarı bal toplamışdır. 2016-2017-ci tədris ilində məktəbin 1-ci siniflərində 75 şagird təhsil alacaq.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, hər il təhsil işçilərinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.
Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub.
Son vaxtlar Nəsimi rayonunda təhsil müəssisələrinin müasir tələblərə cavab verən təhsil ocaqları səviyyəsinə çatdırılması prossesi uğurla həyata keçirilir. Məktəblərimizdə təhsilin səviyyəsi, burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və onların yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açmış, Fondun dəstəyi ilə görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində respublikamızda yeni məktəblərin tikintisi və köhnələrinin əsaslı təmiri istiqamətində böyük işlər görülmüşdür.
Məktəblərdə tədbirlər şagirdlərin hazırladığı bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçirilmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Qəzzada ölü sayı artıb - 100-dən çox mülki şəxsi həlak olub
Ege dənizində 6 bal gücündə zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistanda törədilən terror aktını pisləyib
Tramp Cənubi Afrika prezidenti ilə görüşdə sual verən müxbiri qovdu: "Rədd ol buradan!" (FOTO)
"Beşiktaş" Diarra ilə bağlı xəbəri təkzib etdi
"Barselona" klubu baş məşqçi ilə yeni müqavilə imzalayıb
İtaliya XİN: "İsrailin diplomatlara atəş açması qəbulolunmazdır"
Türk mafiyasının lideri: "Onu heç vaxt bağışlamayacam"
İran-ABŞ nüvə danışıqları Romada davam etdiriləcək
Moskva səması qapadıldı - Hava limanlarında uçuşlar dayandırılıb
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Partiya funksioneri qadın deputat haqqında əxlaqsız paylaşım edib: "Bunu sənə alacam, kral" (FOTO)
Polkovnik Şahin Quliyev həbs edilib
Audiovizual Şuranın tələb etdi - Yayım şirkəti cərimələnib
Kim Çen In İlham Əliyevə məktub ünvanlayıb - MƏTN
Turanə Məcidli BŞTİ-də şöbə müdiri təyin edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Şenol Günəş klubsuz qalan Abubakar üçün minnətçi düşüb
Şeyxin qudası: "Allah şəfa versin millətimizə”
İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının iclasında - Çıxış + Birgə bəyanat (FOTO, YENİLƏNİB)
Arda Turan Ukrayna klubu ilə əl sıxışdı - Türk məşqçi "Şaxtyor"un sükanı arxasına keçdi
AMİP qurultaya hazırlaşır
"Tarlamı götür, ancaq Osimheni al" - "Qalatasaray" rəhbərinə maraqlı müraciət olundu
İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - VİDEO
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu - FOTOLAR
"Qalatasaray" keçmiş futbolçularına dəvət göndərib
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək - BU TARİXDƏ
Əziz Sancar Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunub
İlham Əliyevin Budapeştə səfəri: gözlənti nədir? - TƏHLİL
7 klub rəsmiləri haqqında şikayətlərə baxılacaq
Müğənni Nigar qazini məhkəməyə verdi - Xüsusi ittiham qaydasında
Hakim politoloqa "yox" dedi - Azər Qasımlı ilə bağlı qərar verildi
SOCAR və ARDNF xidməti maşın almaq istədi - Agentlik imkan vermədi
"Bir az insaf, bir az vicdan..." - Gömrükçülər blogerin anası ilə kobud davranıb? + Qalmaqal
Sabah hava necə olacaq? - Proqnoz
Ali Məhkəmə əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsi qəbul edib - DETALLAR
"Əli Kərimli “Azərbaycan saatı” və ruhu ilə deyil, fransız vaxtı ilə yaşadığı üçün..." - Zahid Oruc
Rafael Quliyev Kənd təsərrüfatı naziri təyin olunub - O, kimdir?
Türkiyənin 47 şəhərində İŞİD-ə qarşı əməliyyat: 298 şübhəli qandallanıb - "Onların rahat nəfəs almasına imkan verilməyəcək"
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs... - Edam olunub
Azərbaycan nefti ucuzlaşdı
Sabirabadda körpə ölü doğulub