Meriya Müsavat Partiyası və Milli Şuranın mitinq keçirmələrinə razılıq verdi

img

15-09-2016 [13:03]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və partiyanın sentyabrın 18-də, saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilib.
BŞİH Milli Şuranın da mitinqlə bağlı müraciətinə cavab verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 17-də, saat 15:00-dan saat 17:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA