UEFA çempionlar Liqasının finalında ?Bavariya? ?inter? üz-üzə

img

29-04-2010 [02:50]


UEFA Çempionlar Liqasının finalında Almaniyanın ?Bavariya? və İtaliyanın ?İnter? komandaları üz-üzə gələcək. Final oyunu mayın 22-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək. ?İnter? finalda oynamaq hüququnu aprelin 28-də İspaniyanın Barselona şəhərində eyni adlı komandaya qarşı keçirdiyi yarımfinal matçında qazanıb. Milanda keçirilmiş ilk matçda 3:1 hesabı ilə üstün olmuş italyanlar sərfəli məğlubiyyətlə (0:1) finala adlamağı bacarıblar. ?Bavariya? finala aprelin 27-də yüksəlib. Münhenlilər həmin gün Fransada ?Lion?u məğlub ediblər ? 3:0. Öz meydanında keçirdiyi ilk oyunda ?Bavariya? 1 cavabsız topla üstün olmuşdu. Çempionlar Liqasının (kubokunun) əvvəlki qalibləri: 2009 - ?Barselona? (İspaniya) 2008 - ?Mançester Yunayted? (İngiltərə) 2007 - ?Milan? (İtaliya) 2006 - ?Barselona? (İspaniya) 2005 - ?Liverpul? (İngiltərə) 2004 - ?Portu? (Portuqaliya) 2003 - ?Milan? (İtaliya) 2002 - ?Real? (İspaniya) 2001 - ?Bavariya? (Almaniya) 2000 - ?Real? (İspaniya) 1999 - ?Mançester Yunayted? (İngiltərə) 1998 - ?Real? (İspaniya) 1997 - ?Borussiya? (Dortmund, Almaniya) 1996 - ?Yuventus? (İtaliya) 1995 - ?Ayaks? (Hollandiya) 1994 - ?Milan? (İtaliya) 1993 - ?Marsel? (Fransa) 1992 - ?Barselona? (İspaniya) 1991 - ?Srvena Zvezda? (Yuqoslaviya) 1990 - ?Milan? (İtaliya) 1989 - ?Milan? (İtaliya) 1988 - PSV (Hollandiya) 1987 - ?Portu? (Portuqaliya) 1986 - ?Styaua? (Rumıniya) 1985 - ?Yuventus? (İtaliya) 1984 - ?Liverpul? (İngiltərə) 1983 - ?Hamburq? (Almaniya) 1982 - ?Aston Villa? (İngiltərə) 1981 - ?Liverpul? (İngiltərə) 1980 - ?Nottingem Forest? (İngiltərə) 1979 - ?Nottingem Forest? (İngiltərə) 1978 - ?Liverpul? (İngiltərə) 1977 - ?Liverpul? (İngiltərə) 1976 - ?Bavariya? (Almaniya) 1975 - ?Bavariya? (Almaniya) 1974 - ?Bavariya? (Almaniya) 1973 - ?Ayaks? (Hollandiya) 1972 - ?Ayaks? (Hollandiya) 1971 - ?Ayaks? (Hollandiya) 1970 - ?Feyenoord? (Hollandiya) 1969 - ?Milan? (İtaliya) 1968 - ?Mançester Yunayted? (İngiltərə) 1967 - ?Seltik? (Şotlandiya) 1966 - ?Real? (İspaniya) 1965 - ?İnter? (İtaliya) 1964 - ?İnter? (İtaliya) 1963 - ?Milan? (İtaliya) 1962 - ?Benfika? (Portuqaliya) 1961 - ?Benfika? (Portuqaliya) 1960 - ?Real? (İspaniya) 1959 - ?Real? (İspaniya) 1958 - ?Real? (İspaniya) 1957 - ?Real? (İspaniya) 1956 - ?Real? (İspaniya).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA