"Qarabağı savaşsız qazananmaq mümkün olmayacaq" - Hərbi ekspertdən açıqlama

img

14-09-2016 [14:22]


"Biz həm vaxt itiririk, həm də əlverişli imkanlardan yararlanmırıq. Beynəlxalq qurumlardan kömək gözləməyə dəyməz. Bunlar avara, pul silən, təşkilatlar və şəxslərdir”.

Mia.az xəbər verir ki, bu fikirləri Unikal.org-a tanınmış hərbi ekspert Üzeyir Cəfər deyib.

O bildirib ki, Dağlıq Qarabağda Azərbaycanın xeyrinə çoxdan dəyişiklik olmalı idi:

"Ancaq bu dəyişikliyi etmirlər və etmək fikrində də deyillər. Münaqişənin həlli ilə bağlı nə Rusiya, nə Qərb, nə də Avropa bir iş görmək fikrindədir. Onlar sadəcə imitasiya ilə məşğuldurlar. Aprel ayının əvvəlində yaranmış ümidlər də geri çəkilib. Beynəlxalq təşkilatların mənasız bəyanatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyəcək”.

Ü.Cəfərovun sözlərinə görə, 20 il ərzində beynəlxalq təşkilatlar bütövlükdə Ermənistanın maraqlarına xidmət edən bəyanatlar səsləndiriblər: "Bunlar sadəcə gözləyirlər ki, yenidən qan tökülsün, gəlsinlər boş vədlər verib getsinlər. Biz ərazi bütövlüyümüzü Azərbaycan əsgərinin gücü hesabına bərpa etməliyik. Hər birimiz buna hazır olmalıyıq. Ordumuz da bütün gücü ilə buna hazırdır.

Siyasi qərar verilən zaman yenə hər kəs Azəbaycandan xahiş etməyə başlayacaq. Azərbaycanı danışıqlar prosesinin başlanmasına məcbur edəcəklər. Amma Azərbaycan bu dəfə aldanmamalıdır. Beynəlxalq hiyləgər üçlük (ATƏT-in Mins qrupu) 20 il ərzində öz məqsədlərinə nail olublar və bütövlükdə Ermənistanın maraqlarına xidmət edən siyasət yürüdüblər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA