Gömrükdə yeni əməliyyat - Qadağan olunan dərmanların ölkəyə keçirilməsinin qarşısı alındı

img

14-09-2016 [13:50]


Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə – 350 kapsul "Tramadol” 200 mq və 30 həb "Tramadol” 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.

Məlumat üçün bildiririk ki, "Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA