14-09-2016 [12:52]
Bakıda qeyri-adi hadisə baş verib. Binəqədi rayonunda ev tikmək üçün rüşvət verən şəxs pulu səhvən başqasına verib. İndi isə həmin məbləği kimə verdiyini bilmir və adamı da tapmaq müşkülə çevrilib.
"Qafqazinfo”ya müraciət edən Eldəniz Müslümov başına gələnləri danışıb. O bildirib ki, Binəqədi rayon icra hakimiyyətində tikinti işlərinə baxan Ramin adlı şəxslə danışıb ev tikmək üçün razılıq alıblar: "Bunun qarşılığında mən Raminə 3 min manat verəcəkdim, o da göz yumacaqdı. Danışıqları isə bacanağım Cəmşid Novruzov aparırdı.
Avqustun 12-də köməkçisi Ariflə əlaqə saxlayıb Raminin telefon nömrəsini aldıq, "055”lə dedi. Bacanağım həmin nömrə ilə danışdı, o adam da dedi ki, qardaşım oğlunun ad günündəyəm, başqa bir nəfər göndərəcəyəm, pulu gətirib "Karl Marks körpüsü”nun yanındakı "Azpetrol”da ona verin. Biz orda gözlədik, arxa seriyası "392” olan ağ rəngli maşın gəldi, içində 2 cavan oğlan vardı. Pulu onlardan birinə verdik, o da dedi Naxçıvandan, Düdəngi kəndindəndi, adı Ramaldı. Biz orda həmin "055”lə olan nömrəyə zəng etdik, dedi hə, Ramalı mən göndərmişəm, bu da pulu götürüb getdi.
Bizə də əvvəldən deyilmişdi ki, sabah, yəni şənbə günü evi tikməyə başlayaq. Pulu verəndən 1-2 saat sonra Ramin bacanağıma zəng edib deyib ki, hələ sabah işləməyin, gedim idarədə pulu çatacağı yerə verim, günortadan sonra başlayın. Altıncı gün də dedi ki, bu gün idarədə adam yoxdu, birinci günə qalsın. Bu danışıqlar hamısı "055”lə olan nömrə ilə aparılıb.
Birinci gün bacanağımla Binəqədi İcra Hakimiyyətinə getdik. Ramin dedi ki, siz nə mənə zəng etmisiz, nə də pul vermisiz, o nömrə mənim deyil, mənim nömrəm "050”lədir, qalanı eynidi.
Biz 7-ci Polis Bölməsinə gedib şikayət yazdıq, müstəntiq "055”lə olan nömrəyə zəng etdi, o da dedi "Bərdədəyəm, gələn həftə gələcəyəm”.
Gələn həftə də dedi, anası ölüb, gələ bilmir. Bundan sonra iş Polis İdarəsinə göndərildi. Orda da Cəmşiddən təzədən ifadə alıblar, məni də çağırdılar, əsəbimdən getmədim, dedim bölmədə ifadə vermişəm. Pulu aparan adamı axtarmırlar, biz onsuz da ortadayıq, ancaq bizi dindirirlər.
Bizim şikayətimiz odur ki, istintaq aparılmır, araşdırılmır, kamera görüntülərinə baxılmır”.
"Qafqazinfo” qeyd edilən nömrə ilə əlaqə saxlayıb. Özünü Şirxan Paşayev kimi təqdim edən şəxs bu hadisə ilə heç bir aidiyyatının olmadığını deyib: "Mənə heç kim pul verməyib. Nə də Ramal adlı tanışım var. Bu işlə bağlı neçə dəfə polisdən zəng vurublar. Əvvəl Bərdədə xeyir işdə idim, sonra da anamın vəziyyəti ağırlaşdı. Amma bundan sonra mən Bakıya gəlib 7-ci bölməyə getdim. Dedilər iş idarədədir, ora da getdim, dedilər müstəntiq özü xəstədi, xəstəxanada yatır. Nə vaxt çağırsalar, yenə də gedəcəyəm.
Mən bu nömrəni 15 ildir işlədirəm, son 3-4 ayda belə zənglər gəlir. Biri zəng edib torpaq almaq istədiyini deyir, biri deyir hamam tikim, biri deyir ev tikim. Hər zəng edənə də demişəm ki, qardaş, "050” ilə yığın. Bu adamlar da həmin gecə neçə dəfə zəng etdilər, dedim Ramin deyil, simə yığın. Onlar da qayıdıb mənə deyir ki, "Ramin sən niyə belə edirsən? Biz qohumuq, söz danışmışdıq”.
Deyirəm səhv yığmısız, yenə zəng edirlər. Mənim heç qardaşım yoxdu, necə ola bilər onun oğlunun ad günündə olum?
Mən də istəyirəm bu məsələ aydınlaşsın. Ramini də tanımıram. Ona da neçə dəfə demişəm ki, nömrəsini satsın mənə, bu məsələ həll olsun”.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır