“Neyləyək, gedib qapısını kəsdirməliyik?" - Rüstəm Behrudinin istefasına sərt reaksiya

img

13-09-2016 [21:21]


Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib.

Mia.az xəbər verir ki, birliyin katibi, xalq şairi Fikrət Qoca aznews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib:

"Neyləyək? Ayrılır, ayrılsın da… 

Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.

F.Qoca R.Behrudiyə uğurlar da arzulayıb: "İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb, gedib ora üzv olacaq!?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR