13-09-2016 [16:49]
"Neftçi" klubunun Müşahidə Şurasının üzvləri - Bəhram Bağırzadə ilə Mehdi Nəcəfovun adından sayt, jurnalistlər və klubun azarkeşləri ilə bağlı olduqca sərt bəyanat yayılıb.
Mia.az xəbər verir ki, "Əziz "Neftçi” azarkeşləri, Sizi aldadırlar" başlığı ilə yayılan bəyanat B.Bağırzadənin şəxsi Facebook profilində yerləşdirilib.
Olduqca sərt və ittiham dolu bəyanatda bildirilir ki, kluba qarşı kampaniyalar hələ ötən ildən başlanıb:
"Müşahidə Şurası yaradılan kimi vəzifəli adamların qohum və tanışları, uşaq futboluna "tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı. Qərar verildi ki, klubun bütün xərcləri tam şəffaf şəkildə yoxlansın və bu prosesi müstəqil olan audit şirkəti həyata keçirdi. Buna qədər "Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə "Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub sanballı saytlarla əməkdaşlıq etməyə başladı".
Şura üzvünün sözlərinə görə, "sifarişli yazılar" üzündən nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləmək imkanı verilməyib: "Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək, öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa, onlar hansı təzyiq altında işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər.
Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik".
B.Bağırzadə və M.Nəcəfovun fikrincə, məhz bunun nəticəsində əsas komandanın oyunu hazırki səviyyəyə enib, yeni futbolçular açıq-aşkar məşqçilərin "ayağının altını qazmağa” başlayıblar.
Bununla yanaşı, bəyanatda transfer siyasətinin də klub icraçıları və məqşiləri tərəfindən biabırçı şəkildə icra edildikləri bildirilir: "Biz sizə həqiqət yazırıq! Bu məğlubiyyətdən sonra hamımız hisslərimizlə davranırıq. Amma məhz "Qəbələ” klubuna qarşı ötən mövsümün may ayında 3 oyun keçirdik və bu qarşılaşmaların heç birində məğlub olmayaraq ölkə kubokunun finalına çıxdıq. Həmin oyunları yada salın və son matçla müqayisə edin. İlyarım ərzində "Neftçi” iki dəfə Azərbaycan kubokunun finalına yüksəldi və həlledici oyunlarda "Qarabağ”a (son final matçının 120-ci dəqiqəsində) məğlub oldu. Bizim nəticələrimizə diqqət yetirin.
Əgər "Neftçi”də hər şey belə pisdirsə necə olur ki, əvəzedici komandamız ölkə çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara yiyələnirlər".
Bəyanat müəllifləri mövcud vəziyyətdən çıxacaqlarına əminlik ifadə ediblər: "Əsas komanda "ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz "Neftçi”ni yüksəldib Çempion edəcəyik! Biz bu komandanı sizdən az sevmirik, amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma "Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın.
Biabırçı oyunlar və bu kimi nəticələr təkrarlana bilər. Fikir verin, komanda uduzan kimi "Neftçi” üçün "narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində yoxdur. Bu sifarişli tələblər və yazılardır. Bizim klubun tarixində ağır günlər olub. "Ararat” klubuna 1:6 və Polşa təmsilçisinə iki oyunun nəticəsinə görə 0:10 hesablı məğlubiyyətləri misal göstərmək olar. Amma bu nəticələrdən sonra da "Neftçi” ayağa qalxaraq çempionluq üçün oynadı. Həmişə belə olub və olacaq. Müsəlman dünyasında günahsız insanı təqsirləndirmək böyük günah sayılır. Bizi əbəs yerə günahlandıranlar başa düşməlidir ki, dedikləri sözlərə görə allahın qəzəbinə tuş gələ bilərlər".
Şura üzvləri istefa verməyə hazır olduqlarını da bəyan ediblər:
"Getməyimiz sevimli klubumuza xeyir verəcəksə, biz getməyə hazırıq. Amma bu klubu futbol işbazlarına və transferlərdən pul qazanmaq istəyənlərin ümidinə qoymayacağıq. Hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik".
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR