13-09-2016 [16:24]
Bakıda törədilən ən tükürpədici qətillərdən biri də heç şübhəsiz ki, ötən ilin sentyabr ayında Yasamal rayonunda baş vermişdi. Qadının sevgilisi ilə birləşərək ərini vəhşicəsinə qətlə yetirməsi, sonra onun cəsədini parçalara ayrıraraq meşədə basdırmaq barədə qurduqları planlar haqda danışmaq belə insanı dəhşətə gətirir.
Musavat.com-un əldə etdiyi qətlin təfərrüatları sırasında təqsirləndirilən şəxslərin hadisəni necə törətməsi, əvvəlcədən necə planlaşdırması ilə bağlı ən kiçik detallar belə var.
Əvvəlcə onu qeyd edək ki, qətl hadisəsi Yasamal rayonu, İzmir küçəsi ev 5, mənzil 55-də baş verib. Qətlə yetirilən Mahmudov Kamran Zaid oğludur. Yaxınları K.Mahmudovdan xəbər ala bilmədikləri üçün polisə müraciət edib. Əvvəlcə mərhumun itkin düşməsi versiyası ortada olsa da sonradan onun qətlə yetirilməsi ilə bağlı şübhələr ortaya çıxıb.
Məlum olub ki, K.Mahmudov arvadı Lalə Mahmudova və onun sevgilisi olan Sədi Məmmədov tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Ərli qadının yeni sevgi macərası
Məlum olub ki, Lalə ilə Sədi arasında sevgi münasibətləri 2010-cu ildən başlayıb. Zərgərliklə məşğul olan Sədi Lalənin anasının mağazasını icarəyə götürübmüş. Elə tanışlıqları da buradan başlayıb. Qısa müddətdə sevgili olan tərəflər tez-tez görüşür, intim münasibətdə olurmuşlar. Hətta bu görüşlər Lalənin istəyi ilə əri evdə olmayanda onun ailəsi ilə birlikdə yaşadığı evində də baş tuturmuş.
Əri ilə münasibətləri soyuyan Lalə istintaqa ifadəsində bunu izah etməyə çalışıb. Və deyib ki, əri bir qadın kimi ona diqqət ayırmayıb. Lalə ilə Sədinin sevgisi o həddə çatıb ki, artıq onlar evlənmək qərarına gəliblər. Yeni sevgililər evlənmək üçün də Lalənin ərini öldürməyi planlaşdırıblar. Bu təklifi isə Sədi edib.
Lalə istintaqa ifadəsində ərindən boşanmaq istədiyini deyib. Lakin onun dediyinə görə, əri bu istəyini rədd edib və səbəb olaraq münasibətlərinin pozulmasını göstərməsini qəbul etməyib. Əri ona deyib ki, son zamanlar çox bəzənir, özünə diqqət ayrır. Lalə qeyd edib ki, əri onun həyatında başqa kişinin olmasından şübhələnib.
Bundan sonra Sədi ilə görüşlərində problemlərin yaşanacağını düşünən Lalə vəziyyəti ona danışıb. Elə qətlin planlaşdırılması da buradan başlayıb.
2014-cü ilin may ayında Sədi ilk dəfə Laləyə ərini öldürməyi təklif edir. Lalə birinci razılaşmasa da sonradan bu təklifi qəbul edib. Lakin həmin ilin 23 avqustunda Sədi idarə etdiyi motosikletlə qəzaya düşərək ağır yaralanır. Beləliklə qətl planı təxirə düşür. Səhhəti düzəldikdən sonra 2015-ci ilin avqust ayında yenidən planlarını müzakirə edirlər.
Plan belə olur ki, Lalə əri Kamran evə gəlib yatdıqdan sonra qapını açaraq Sədini içəri buraxacaq. O, da Kamranı öldürüb, parçalara ayırdıqdan sonra öz maşını ilə meşəyə apararaq basdıracaq. Bunların hamısını Sədi Laləyə izah edir. Belə də olur...
Bu məqsədlə tərəflər son dəfə görüşür və Sədi aldığı selofan torbaları, həmin torbaları bağlamaq üçün xomutları Laləyə verir.
Hadisə günü...
Sədi öz maşını ilə Lalənin yaşadığı ünvana gəlir. Maşında Lalədən xəbər gözləyir. Lalə "yatıb” mesajını yazdıqdan sonra evə qalxır. Bu zaman Lalə qapını açıq qoyur. Yataq otağında Kamranın başına əvvəlcə bir, sonra iki güllə vurur. Öldüyündən əmin olduqdan sonra onu sürüyərək hamama gətirirlər.
Sədi istintaqa danışarkən deyib ki, həmin vaxt Lalədən ona mane olmamasını istəyib. Hamam otağının qapısını bağlayıb və Kamranın cansız bədənini parçalara ayırıb.
"Sümüyün qalın olan yerlərini dəmr kəsən mişarla kəsmişəm. İşim qurtaranda lalə torbaları gətirdi yığdıq. Meyitin parçalarını 15 torbaya yığdıq. Möhkəm yoruldum. 10-15 dəqiqə mətbəxdə əyləşdim. Sonra paltarımı dəyişmək üçün evimə getdim. Səhər saat 9-da kəndə getdim” - deyə Sədi ifadəsində olanları danışıb.
Sədi doğulduğu İsmayıllının Talıstan kəndinə getməmişdən qardaşı Əliyə zəng edərək əkməyə ağac gətirəcəyini bildirib və yer qazmasını tapşırıb. Sədi kəndə gedərək meyiti həmin yerdə basdırıb.
Lalə "Loğman” tibb kollecini bitirib. "Mamalıq” ixtisası üzə təhsil alan Lalə Dəri-Zöhrəvi Xəstəlikləri Dispanserində tibb bacısı işləyib. Kamranla evliliyindən 2 uşağı olub. Əri Kamran isə son illər marketlərdən birində direktor kimi çalışıb.
Lalə istintaq ifadəsində ərindən narazılığını belə danışıb: "Ailəni maddi cəhətdən normal təmin edə bilmirdi, pulu olanda da xəsislik edirdi, işləməyimə etiraz edirdi, qadın kimi mənə diqqət ayırmırdı, intim münasibətlərimiz azalmışdı, bir kişi kimi məni təmin etmirdi”.
Lalə ifadəsində bildiirb ki, Sədi ilə evlənmək istəyib. Sədi də arvadından boşanacaqmış. Lakin Lalə Sədinin arvadından ayrılmasını istəməyib. Ərindən boşana bilməyən Lalə Sədinin qətllə bağlı təklifini qəbul edib.
Sədi Kamaranı öldürməyə gələn gün olanlar barədə Lalənin etiraflarından: "Sədi Kamranın yatdığı otağa girdikdən 3-4 saniyə sonra bir dəfə taqqıltı səsi, sonra da xırıltı səsi gəldi. Başa düşdüm ki, Sədi onu vurdu. Mən ona torba verdim ki, ətraf qan olmasın. Bir-iki dəqiqə fasilə ilə iki dəfə əvvəlki taqqıltı səsini eşitdim. Xırıltı səsi tam kəsildi. Meyiti sürüyüb hamama gətirdik. Mən iki saat mətbəxdən çıxmadım. Sədinin hamam otağında nəsə kəsməsi səslərini, mişarla meyiti doğrayanda səsini eşidirdim. Səslərdən başa düşdüm ki, Sədi əvvəlcədən ona dediyi kimi Kamranın meyitini doğrayıb-parçalayır. Kamranın parçalanmış meyitini görməmək üçün hamam otağına baxmadan torbaları ona verdim”.
Lalə ifadəsində Kamranın ölümünə görə peşman olmadığını, lakin hadisənin üstü açıldığına görə peşmançılıq çəkdiyini söyləyib.
Sədi ilə Lalə əvvəlcədən razılaşıblar ki, şübhə oyatmamaq üçün bir neçə gün telefon əlaqəsi saxlamasınlar. Lalə isə Kamranın yaxınlarına onun itkin düşdüyün deməli imiş. Kamranın qardaşı və bacısı onu axtarmağa başlayıb. Lalə isə onlara deyib ki, o saat 9-da evdən çıxıb işə gedəndə Kamran evdə yatırmış.
Qətlin üstünü mərhumun qardaşı açıb
Mərhumun qardaşı Elçin Mahmudov istintaqa ifadəsində bildirib ki, qardaşının itkin düşməsi ilə bağlı polisə müraciət etmək istəyəndə Lalə ona deyib ki, evdən 12 min dolların oğurlanmasını deməsin. Lalənin bu sözləri Elçini şübhəyə salıb.
Elçin deyib ki, 2015-ci ilin iyul ayında qardaşı Kamranın evindən naməlum şəraitdə 12 min dollar pul yoxa çıxıb. Həmin pulun kim tərəfindən götürülməsini araşdırarkən onlarda şübhə yaranıb ki, pulu Lalənin rəhmətə getmiş qardaşı Rəşadın böyük qızı oğurlamış və gəzdiyi oğlana verib. Lalə və anası Tacirənin Kamranın itkin düşdüyü bir vaxtda pul məsələsini müzakirə etməsi Elçinin şübhələrini daha da artırıb.
Elçin qardaşının evindən çıxarkən yaxınlıqdakı "İzmir Plaza”nın müşahidə kamrerasını görüb. Xahişi əsasında onlardan həmin vaxtın kamera görüntülərini alıb.
Elçin kamera görüntülərində görüb ki, qardaşı Kamran 26.09.2015-ci il tarixdə saat 01:20 dəqiqədə evə gəlib, ondan 10 dəqiqə sonra 10 KA 009 dövlət qeydiyyat nişanlı, BWW markalı naməlum avtomobil gələrək Kamranın avtomobili ilə üzbəüz saxlayıb.
Həmin sürücü bir müddət avtomobildə oturub, saat 3 radələrində düşərək qardaşının yaşadığı mənzilin dəhlizinə daxil olub. Müəyyən müddət keçəndən sonra isə həmin sürücü polietilen torbalarda nəsə daşıyaraq avtomobilə yığıb.
Elçin bu şübhəli şəxs barəsində polisə məlumat verir və görüntüləri onlara təqdim edir. Bununla da işin üstü açılıb.
Lalənin anası Tacirə Yusifzadə isə istintaq ifadəsində qızını müdafiə edib. Bildirib ki, Sədi onların evlərinə gələrək qapını döyüb, qızı isə qonşular ayılmasın deyə qapını açaraq ondan sakitcə nə istəməsini soruşub. Həmin vaxt Sədi əlində silah içəri girib, Laləni qorxudaraq uşaqların yataq otağına salıb, sonra isə Kamranın yataq otağını keçərək onu öldürüb. Lalədən isə bu barədə danışmamasını, əks halda onu da öldürəcəyini deyib.
İş üzrə şahid qismində dindirilmiş Sədinin qardaşı Əli hadisədən xəbərsiz olduğunu və yalnız qardaşının xahişi əsasında kənddə yer qazdığını söyləyib.
"Bir gün sonra qazdığım yerə getdim. Ağac əkilməmişdi, həmin yer doldurulmuşdu. Fikirləşdim ki, yəqin ağac gəlməyib. Sədi də həmin quyuya qoyun-quzu düşməsin deyə oranı doldurub. Sentyabrın 30-da yatarkən anam dedi ki, çöldə nəsə baş verir. Gördüm ki, bağda bir neçə adam əllərində işıq fanarları ilə gəzirlər. Maşınlar da var idi. Polis olduqlarını bildim. Kim olmağımı soruşdular. Sonradan bu hadisə məlum oldu” - deyə o, ifadəsində qeyd edib.
Hazırda hər iki şəxsin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayələr Məhkəməsində davam etdirilir.
Sədi Məmmədov Cinayət Məcələsinin 120.2.1, 120.2.9, 228.1 və 229.1, Lalə Mahmudova isə 120.2.1 və 120.2.9-cu maddələri ilə ittiham olunur.



"Zəfər Tariximiz..." - Prezident bu görüntüləri paylaşdı (VİDEO)
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ayşe Barım haqqında həbs qərarı yenidən ləğv olundu
Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
"Panatinaikos"un sükanı Rafael Benitezə tapşırılıb
"Milan" "Qalatasaray"ın hücumçusuna "göz qoyub"
CHP iki deputatı üzvlükdən xaric etdi - Səbəb + FOTOLAR
Kamal Kılıçdaroğlunun siyasi karyerası bitdi
Azərbaycan BMT ilə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
BMT-dən İsrailin Fələstin torpaqları ilə bağlı qərarına - Reaksiya
"Azercell": "Elektrik cərəyanı vurmuş şəxs bizim əməkdaş deyil"
Xabi Alonso: "O, gənc və fantastik oyunçudur"
Yüksəliş Partiyasının keçmiş sədri həbs olunub - Vəkili açıqladı
Klub açıqlama yaydı: "Biz təslim olmayacağıq" - "Baş məşqçi istefaya göndərilməyəcək"
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTOLAR
Aİ Meta və TikTok-u cərimələməyə hazırlaşır
"Bakcell" abunəçisi 1 manatla lüks avtomobil sahibi oldu!
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov insult keçirib
Veteranlara verilən 80 manat artırılmayacaq
Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib
PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VƏ RÜTBƏ VERDİ - Sərəncam + FOTO
23 yaşlı seksual bloger narkobaron çıxdı - Yarıçılpaq halda tutuldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Beşiktaş"da şok - Rafa Silva zədələnib
Yaşar Nurinin qızı elə sözlər dedi ki... - "Ailəli insanlar var, mənə deyirlər ki, gəl..."
"Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur" - PA-nin sabiq rəhbərinin kürəkəni suala belə cavab verdi
Sanatoriya direktoru vəzifədən çıxarıldı - AHİK sədrindən dəyişiklik
Ceyhun Bayramov TDT Baş katibi ilə müzakirə aparıb
CHP-nin qurultayı üzrə qərar verildi - Ləğv olunmadı
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Dövlət müəssisələrindən köçürülmüş bir milyon manat... - Mənimsəyənlərə cəza istənilib
Şabranda şahin quşunu ovlayanlar saxlanılıb
Zaur Mikayılovla Xanlar Fətiyev arasında 746 minlik sövdələşmə - Redaktor bu əməliyyatda hansı rolu oynayır?
Bakıda ermənilərin məhkəməsi davam edir
Putin Prezident İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun fəaliyyəti: elmi liderlik, innovativ islahatlar və dayanıqlı inkişaf yolu
Göyçayda avtoxuliqanlıq edən sürücü saxlanılıb
Xocalı rayonunun Daşbulaq kəndinə köç olub
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
Gəncədə tanınmış vəkil saxlanılıb
"Sputnik Azərbaycan"ın şef redaktoru ev dustaqlığına buraxıldı - Məhkəmə qərar verdi
Sürücüdən tutmuş bu vəzifəli şəxslərə qədər... - İcra başçısı xeyli vəzifəli şəxsi yola saldı, yeni təyinatlara imza atdı
Deputatlar arasında gərginlik - Araya spiker girdi