Qəza, yoxsa... - Kadırovun şəxsi mühafizəsinin rəisi “Alfa”nın sabiq rəisini öldürdü

img

13-09-2016 [15:13]


Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Alfa” xüsusi təyinatlı dəstəsinin eks-komandiri Yuri Torşin ölüb. 

Məlumata görə, Torşin motosikletinin qəzaya düşməsindən sonra vəfat edib. 

Onun motosikleti Çeçenistan Prezidenti Ramzan Kadırovun şəxsi mühafizəsinin rəisi Əbuzeyd Vismuradovun motosikleti ilə toqquşub. Vismuradov hazırda xəstəxanaya yerləşdirilib və kəllə-beyin travması alıb. 


Qeyd edək ki, Torşin Əfqanıstan müharibəsi, MDB-nin müxtəlif konflikt zonalarındakı savaşlarda, Çeçenistan müharibələrində iştirak edib. O, həmçinin çeçen mücahidlərinin qətlində əsas aktiv iştirakçılardan biri olub. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA