Nazirlik bağlanan banka iddia qaldırdı - Məhkəmə prosesi

img

12-09-2016 [18:20]


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti lisenziyası ləğv edilmiş "Zaminbank” ASC-ni məhkəməyə verib.

Dövlət xidməti kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Zaminbank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. (Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA