10 saylı Cəzaçəkmə Müəssisəsində məhbus öldü - Jurnalist xəbər verdi

img

12-09-2016 [12:04]


Azərbaycanda məhkum ölümü baş verib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.

Jurnalist Əvəz Zeynalı bildirib ki, N. Novruzovla bir yerdə həbsdə olub: "Çox sağlam adam idi. Onun qəfil ölümü mənə çox pis təsir etdi”.

Qeyd edək ki, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA