Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğuldu - Arvadı da ötən il orada ölübmüş

img

11-09-2016 [13:56]


Türkiyədə 62 yaşlı Azərbaycan vətəndaşı çimərlikdə boğulub. 

Sentyabrın 10-da Antalyanın Konyaaltı qəsəbəsinin Sarısu Mesire bölgəsindəki çimərlikdə 62 yaşlı Fənah Əhmədov boğularaq həyatını itirib.

Saat 19 radələrində suda hərəkətsiz vəziyyətdə duran F. Əhmədovu görən turistlər dərhal polisə məlumat veriblər. Sahildəki xilasedicilər 1954-cü il təvəllüdlü F. Əhmədovun cəsədini sahilə çıxarıblar. Həkimlər onun həyatını itirdiyini müəyyənləşdiriblər. F. Əhmədovun ölüm xəbərini alan qızı və yaxınları çimərliyə gəliblər. Onun yaxşı üzə bilmədiyi də məlum olub.

F. Əhmədovun həyat yoldaşının da keçən il Antalyada həyatını itirdiyi üzə çıxıb. Polis olayla bağlı araşdırmaya başlayıb.

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA