Ağdaş sakini həmkəndlisinin qulağını kəsdi

img

10-09-2016 [11:43]


Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Qocayev Qəzənfər İmran oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həmkəndlisi, 1971-ci il təvəllüdlü Allahverdiyev Musa Ələsgər oğlunun qulağını bıçaqla kəsərək ona xəsarət yetirib.

M. Allahverdiyev Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA