ümid Partiyası icazəsiz aksiyalara bazlaya bilər

img

28-04-2010 [05:51]


Bu gün Ümid Partiyası Mitinq Komitəsinin növbəti iclası keçrilib. İclasda mitinqə hazırlıq işləri və Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubu müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ümid Partiyası ?Seçki öncəsi mühitin demokratikləşməsi və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi? tələbi ilə 1 may 2010-cu il tarixində Bakı şəhərində mitiq keçirmək barədə qərar qəbul etmiş və mitinq iştirakçılarının təhlükəsizliyini təmin edilməsi üçün 23 aprel 2010-cu il tarixində Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Mitinq Komitəsinin üzvü Nəsimi Məmmədli bildirib ki, ?Bakı şəhər İcra Hakimiyyəti mitinqi nəzərdə tututulan ünvanlarda ? Fizuli Meydanında, N.Nərmanov adına kinoteatrının qarşısında və ? Ukrayna? Meydanında deyil, Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və yaxud da Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüzdəki meydançada keçirməyi təklif etməklə, təəssüflər olsun ki, növbəti dəfə də Azərbaycan Respublikasının Konistitutsiyası və ?Sərbəst toplaşmaq azadlığı haqqında? Azərbaycan Respublikasının Qanununu pozdu?. Mitinq Komitəsi üzvləri hesab edir ki, 1 may mitinqi üçün təklif olunan yerlər ilə yox cavabı arasında elə bir ciddi fərq yoxdu. Hər iki halda Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan qanunlarını kobud surətdə pozmaqla yanaşı, həm də seçki öncəsi mühitin demokratikləşməsini əngəlləyib. Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi ünvanlar mitinq keçirmək üçün məqbul deyil. Partiya 1 may mitinqini nəzərdə tutduğu ünvanlarla yanaşı, Azadlıq Meydanında, keçmiş Qələbə kinoteatrının qarşısında və yaxud da S.Vurğun adına bağda keçirə bilər. Əks təqdirdə Ümid Partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verməklə yanaşı, həm də icazəsiz aksiyalara başlaya bilər. Bununla yanaşı, Mitinq Komitəsində göstərilən ünvanlardan birində mitinqin keçirilməsi ilə bağlı müzakirələr də aparılıb. Bu ünvanlardan birində mitinq keçirilməsi imkanlarının öyrənilməsi məqsədi ilə partiyanın icra sturukturlarına müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA