Səfər Əbiyev çinin Azərbaycandakı səfirini qəbul edib

img

28-04-2010 [12:25]


Aprelin 28-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çcan Yannyanı qəbul edib. Müdafiə Nazirliyindən MİA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud olan hərbi əməkdaşlıq məsələlərindən razılıq ifadə edilib. Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılarkən Çinin ölkəmizdəki səfiri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Qonaq ölkəsinin Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA