07-09-2016 [14:19]
Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilməsi, idmançı və vəzifə mövzusunun yenidən gündəmə gətirmiş oldu.
Xatırladaq ki, Mansurov 2004-cü il Afina Olimpiya Oyunlarının qalibi olmaqla yanaşı, iki dəfə - 2007 və 2009-ci illərdə dünya çempionu (yunan-roma güləşi) adını qazanıb.
Mia.az xəbər verir ki, olke.az hazırda vəzifə sahibi olan məşhur idmançılarımızla bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:
Sambo üzrə 5 qat dünya, 2 qat Avropa çempionumuz, hərbçilərin Olimpiya və dünya çempionu, tələbələr arasında dünya çempionu Zülfiyyə Hüseynova 1970-ci ildə Beyləqan rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda Bakı Baş Gömrük İdarəsinin Qaçalmalçılıqla mübarizə şöbəsində inspektor vəzifəsində işləyir, mayor rütbəsi var.
Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionumuz, dünya çempionatının gümüş mükafatçısı Namiq Abdullayev 1971-ci ildə Bakıda anadan olub, Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib. Hazırda Daxili İşlər Nazirliyinin DQBİ-nin İdman komandasının rəisidir, polkovnik-leytenantdır.
Daha bir olimpiya çempionumuz Zemfira Meftahəddinova isə Namiq Abdullayevlə iş yoldaşıdır. Meftahiddinova Abdullayevin rəisi olduğu qurumda rəis müavinidir, polis polkovnik-leytenantıdır.
2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, cüdoçu Elnur Məmmədli 1988-ci ildə Bakıda anadan olub. Məmmədli həm Cüdo Federasiyasının vitse-prezidentidir, eyni zamanda BDYPİ-nin əməkdaşı, polis kapitanıdır.
2008-ci ildə keçirilən olimpiadanın bürünc medalçısı, cüdoçu Mövlud Mirəliyev 1974-cü ildə Özbəkistanda anadan olub. əslən Gəncədən olan veteran idmançı hazırda Şəmkir RPŞ-nin əməkdaşı, polis mayorudur.
2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya çempionatının 3 qat gümüş medalçısı İradə Aşumova 1958-ci ildə Bakıda anadan olub. Xanım Aşumova hazırda DİN DQBİ-nin hərbi qulluqçusudur, mayor rütbəsi daşıyır.
Sambo üzrə yeddiqat dünya çempionu Ceyhun Məmmədov 1968-ci ildə Ağdam şəhərində anadan olub. 2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti vəzifəsini daşıyan məşhur idmançımız eyni zamanda polis əməkdaşıdı
Gəncə ŞBPİ-nin əməkdaşları sırasında da məşhur idmançı var. Dördqat dünya çempionu Hakim Nəzərəliyev hazırda sözügedən idarədə çalışır.
Məşhur şahmatçı Aynur Sofiyeva 1970-ci ildə Qaxda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika və hüquq fakütlələrini bitirib. Sofiyeva uzun müddət Şahmat Federasiyasına da rəhbərlik edib. O, bəlkə də Azərbaycanın ən çox vəzifə daşımız üç idmançısından biridir. Belə ki. Sofiyeva 1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində işləyib, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Daha bir tanınmış şahmatçımız Zeynəb Məmmədyarova isə 1983-cü ildə Sumqayıtda anadan olub. Məmmədyarova Azərbaycan Beynəlxalq Universitetini (hazırda fəaliyyətinə xitam verilib) bitirib. Xanım şahmatçı Sumqayıt bələdiyyəsində məsul vəzifədə çalışır.
Taekvando üzrə Avropa çempionu Təvəkkül Bayramov 1981-ci ildə Qubadlıda anadan olub. Ölkənin ən məşhur taekvandoçularından olan Bayramov Sumqayıt Gömrük İdarəsinin əməkdaşıdır.
Daha bir məşhur taekvandoçumuz Niyaməddin Paşayev də 1980-ci ildə Qubadlıda anadan olub. Postsovet məkanında ilk dünya çempionu kimi məşhur olan Paşayev hazırda Taekvando Federasiyanını vitse prezidenti olmaqla yanaşı, Sumqayıt gömrük idarəsinin əməkdaşıdır, gömrük xidməti kapitanıdır.
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR