Nazirliyin 6 əməkdaşını maşın vurdu - Olay

img

07-09-2016 [11:08]


Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "KamAZ"a arxadan çırpılıb.

Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN-nin 6 əməkdaşını vurub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA