06-09-2016 [23:37]
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V tura yekun vurulub.
Hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşıb.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarovla Arkadi Naydiç görüşlərini məğlubiyyətlə başa vurub. Teymur Məmmədovla Eltac Səfərli isə rəqibləri ilə xalları yarı bölüb.
Bu, Azərbaycanın əsas millisinin ilk məğlubiyyəti olub. Nəticədə xalları 8-də qalan yığmamız 9-cu pilləyə enib.
Təşkilatçı ölkənin daha iki komandası turu məğlubiyyətlə başa vurub. Azərbaycanın 3-cü komandası Zimbabveyə, qadınlardan ibarət 3-cü komanda isə Özbəkistana yenilib. Zərif cins nümayəndələrindən ibarət ikinci komanda İspaniya ilə heç-heçə edib. Beləliklə, yalnız kişilərdən ibarət birinci və qadınların əsas komandası turu qələbə ilə başa vurub.
Bu görüşlərdə Şəhriyar Məmmədyarov kimi, bacıları da qələbə qazana bilməyib. Zeynəb Məmmədyarova ağ fiqurlarla almaniyalı şahmatçı ilə heç-heçə etdiyi halda, Türkan Məmmədyarova qara fiqurlarla ispaniyalı rəqibinə uduzub.
5 turdan sonra Azərbaycanın kişilərdən ibarət ikinci komandası 8 xalla 11-ci, üçüncü komanda 4 xalla 99-cu pillədədir. Qadınlardan ibarət əsas yığma 9 xalla 5-ci, ikinci komanda 6 xalla 39-cu, üçüncü komanda isə 5 xalla 61-cidir.
Ümumdünya Şahmat Olimpiadası, V tur:
Kişilər
Azərbaycan1 – Hindistan – 1:3
Şəhriyar Məmmədyarov (ağ) – Pentala Harikrişna (qara) – 0:1
Teymur Rəcəbov (qara) – Başkaran Adhiban (ağ) – 0,5:0,5
Arkadiy Naydiç (ağ) – Santoş Qujrathi Vidit (qara) – 0:1
Eltac Səfərli (qara) – Seturaman Panayappan (ağ) – 0,5:0,5
Azərbaycan2 – Türkmənistan – 4:0
Vasif Durarbəyli (ağ) – Yusup Atabayev (qara) – 1:0
Nicat Abasov (qara) – Saparmyat Atabayev (ağ) – 1:0
Qədir Hüseynov (ağ) – Handszar Odeyev (qara) – 1:0
Namiq Quliyev (qara) – Mergen kakabayev (ağ) – 1:0
Zimbabve – Azərbaycan3 – 2,5:1,5
Rodvell Makoto (ağ) – Vüqar Əsədli (qara) – 0:1
Faray Mandizha (qara) – Nail Bəşirli (ağ) – 1:0
Emarald Takudzva Muşore (ağ) – Abdulla Qədimbəyli (qara) – 0,5:0,5
Elişa Çimbamu (qara) – Pərviz Qasımov (ağ) – 1:0
Qadınlar
Azərbaycan1 – Almaniya – 3:1
Zeynəb Məmmədyarova (ağ) – Elizabet Pehtz (qara) – 0,5:0,5
Günay Məmmədzadə (qara) – Marta Mixna (ağ) – 0,5:0,5
Gülnar Məmmədova (ağ) – Yelena Levuşkina (qara) – 1:0
Aydan Höccətova (qara) – Yudit Fuxs (ağ) – 1:0
İspaniya – Azərbaycan2 – 2:2
Sabrina Veqa Qutierrez (ağ) – Türkan Məmmədyarova (qara) – 1:0
Ana Matnadze (qara) – Nərmin Xələfova (ağ) – 0,5:0,5
Niala Kollazo Hidalqo-Qato (ağ) – Ülviyyə Fətəliyeva (qara) – 0:1
Amalia Aranaz Murilyo (qara) – Nərgiz Umudova (ağ) – 0,5:0,5
Özbəkistan – Azərbaycan3 – 3:1
Nafisa Muminova (ağ) – Nərmin Məmmədova (qara) – 1:0
Qulrukhbeqim Toxiryonova (qara) – Xanım Balacayeva (ağ) – 1:0
İrina gevorgyan (ağ) – Gövhər Beydullayeva (qara) – 0,5:0,5
Nodira Nadiryanova (qara) – Ayan Allahverdiyeva (ağ) – 0,5:0,5
Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb.
Report
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR