Gənclərin aksiyasında saxlanılanların siyahısı

img

30-04-2010 [03:37]


Bu gün müxalifət düşərgəsinə aid olan bir neçə siyasi partiyaların Gənclər Təşkilatlarının üzvləri və müxtəlif universitetləri təmsil edən bitərəf tələbələr Azərbaycan Dövlət Neft Akademiyasında həyata keçirilən qanlı terror aksiyasının ildönümü ilə əlaqədar Cəfər Cabbarlı meydanında mitinq keçiriblər. Mitinq başlayan kimi ərazidə olan polislər və mülki geyimli şəxslər aksiyanı müşahidə edən ATƏT-in Bakı ofisinin nümayəndələrinin gözü qarşısında ?Terrora yox!? şüarı səsləndirən gənclərə hücum edərək, onlara fiziki zor tətbiq ediblər. Saxlanılan aksiya iştirakçılarını yaxınlıqda olan avtobuslara mindirərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparıblar. Polisin xüsusi qəddarləq nümayiş etdirdiyi, mülki geyimli şəxslərin sənəd təqdim etməkdən imtina etdiyi bildirilir. Onlarla gənc avtobusa mindirələrək 22-ci polis bölməsinə aparılıb. Saxlanılan gənclərin bir hissəsinin siyahısını nəzərinizə çatdırırıq: 1. Əhəd Məmmədli ? Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini 2. Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini 3. Səxavət Soltanlı - Müsavat Partiyası Gənclər Təşkilatının şura üzvü 4. Ramil Baxış - Müsavat Partiyası Gənclər Təşkilatının şura üzvü 5. Elçin Səlimov - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü 6. Nigar Yaqublu ? Müsavat Partiyası Gənclər Təşkilatının şura üzvü 7. Yasər Şirəliyev ? Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü 8. Rəşad Əliyev - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü 9. Sahib Musəvi - Müsavat Partiyası Gənclər Təşkilatının üzvü 10. Əlihüseyn Ağayev ? Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü 11. Ramin Deko ? ?Azadlıq? və ?Demokrat? qəzetinin müxbiri 12. Cavid Ramazanlı ? ?Alma? qəzetinin redaktoru 13. Xalid Frimen ? bitərəf 14. Elçin Mehr ? bitərəf 15. Tural Qurbanlı ? bitərəf 16. Elçin Xəlilov ? bitərəf 17. Murad Salmanov ? bitərəf Saxlanılan digər gənclərin hara aparıldığı hələlik məlum deyil. Xatırladaq ki, aprelin 29-da Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı da qanunsuz olaraq həbs edilib. Onun barəsində Nəsimi Rayom Məhkəməsində 10 sutka həbs cəzası barədə qanunsuz qərar çıxarılıb. Onun Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında olduğu bildirilir. Müsavat Partiyası bütün bunları hakimiyyətin növbəti zorakılığı, vətəndaşların sərbəst toplaşmaq hüquqlarına qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir. Biz polis bölməsində saxlanılan müsavatçıların və digər fəalların buraxılmasını, piket iştirakçılarına qarşı zorakılıq edənlərin və buna göstəriş verənlərin cəzalandırılmasını tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA