Lənkəranskini sağ qolu öldürüb - “Qanuni oğru” adı almaq üçün

img

06-09-2016 [10:25]


Türkiyə mediası İstanbulda öldürülən "qanuni oğru” Rövşən Lənkəranskinin qatili ilə bağlı maraqlı məlumat yayıb.

"Qafqazinfo” xəbər verir ki, məlumata görə, Rövşənin ölümü ilə bağlı planı, oteldəki toplantını onun sağ qolu olan Hacıbaba T. qurub. Otel çıxışı Hacıbaba Lənkəranskiyə hücum edən silahlı şəxslərə atəş açsa da, onları qəsdən vurmayıb. "Hadisə ilə əlaqəm yoxdur, mən də atəş açmışdım” desə də, bu ifadə polisə inandırıcı gəlməyib. Müşahidə kamerasındakı görüntülər də onun əleyhinə olub. Məhkəməyə çıxarılan şübhəli haqda həbs qərarı verilib.

Rus mafiyasının Lənkəranskini öldürəcəyi təqdirdə Hacıbabaya "qanuni oğru” statusu verəcəyi iddia edilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı Rövşənin qətli ilə bağlı 3 şahidin dindirildiyini yazmışdı. Daha sonra məlum olub ki, şahidlərdən biri, Hacıbaba T. polis tərəfindən axtarışda olub. Artıq şübhəli durumuna düşən Hacıbabanın 18 avqust 2013-cü ildə azərbaycanlı iş adamı Əli Həmidovun qətlində də şübhəli olduğu ortaya çıxıb. Həmin cinayətdə Lənkəranskinin də adı keçib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA