06-09-2016 [10:19]
Çinin Xançjou şəhərində dünyanın iqtisadi cəhətcə 20 ən böyük dövlətinin növbəti "G-20" sammiti başa çatdı. Ali toplantı xüsusən də Türkiyə-Rusiya münasibətlərinin irəli aparılması kontekstində yaddaqalan sayıla bilər. Sammit iki ölkənin prezidentinə əlaqələri yaxınlaşdırmaq üçün doğrudan da gözəl fürsət yaratmışdı və həmin fürsəti praqmatik liderlər olaraq Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qaçırmadılar, ondan dolğunluqla yararlanmağı bacardılar.
Belə ki, C-20 sammiti çərçivəsində iki ölkə rəhbərləri həm təkbətək, həm xarici işlər nazirlərinin iştirakı, həm də böyük nümayəndə heyətinin iştirakı ilə kifayət qədər davamlı və səmərəli müzakirələr apardılar. Bu görüşlər zamanı hər iki prezidentin qarşılıqlı əlaqələrin yeni stimul qazanmasından məmnunluq ifadə etməsi, Ərdoğanın Rusiyadan çarter reyslərinin bərpasına görə həmkarına minnətdarlığı, Putinin isə Türkiyədəki daxili siyasi sabitliyin və təhlükəsizliyin qısa zamanda bərpa edilməsini məmnunluqla vurğulamaqla Ərdoğana məxsusi etimad və dəstək ifadə eləməsi, habelə "G-20" liderlərinin ortaq fotoçəkilişi zamanı iki liderin yanaşı dayanması və bu zaman da səmimi dialoq aparması epizodları diqqətdən yayınmadı.
Bu və digər məqamları Rusiya telekanalları geniş işıqlandırdı ki, bu da az əhəmiyyət kəsb eləməyən məqamdır.

Qeyd olunduğu kimi, diqqəti çəkən həmçinin media üçün ümumi foto çəkilərkən iki prezidentin yanaşı dayanması və həmin anlarda da bir-biri ilə olduqca mehribancasına söhbətləşməsi, nələrisə müzakirə etməsi oldu.
O anlarda Ərdoğanla Putinin bir-biri ilə tərcüməçisiz hansı dildə danışdığı bəlli deyil. Lakin onların üz mimikalarından, məmnun jestlərindən, o sırada Ərdoğanın sağ əlinin baş barmağı ilə Putinə "əla” işarəsini göstərməsindən aydınca görmək olardı ki, artıq Ankara və Moskva arasında ortaq anlaşma dili mövcuddur və yaxınlaşma prosesi həqiqətən gözlənildiyindən də sürətlə gedir.
Əlavə sübut kimi bu yerdə Türkiyənin Suriyadakı əməliyyatlarına "G-20" çərçivəsində görüşlər zamanı rəsmi Moskvanın heç bir etiraz dilə gətirməməsini də göstərmək olar. Demək, əməkdaşlığın davamı gələ bilər və yəqin ki, gələcək də...
"”Türk axını" qaz kəməri layihəsinin reallaşmasının texniki tərəfi heç bir problem daşımır. Əksinə, onun sürətlənməsi mümkündür".
Bu sözləri Türkiyə və Rusiya prezidentlərinin yüksək səviyyəli son görüşlərinin nəticələri barədə danışarkən Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, liderlər ayrıca Akkuyu AES-lə bağlı müzakirə də aparıblar və irəliləyiş var.

"Məlumdur ki, Türkiyə tərəfi kifayət qədər operativ şəkildə müvafiq qanunvericilik dəyişiklikləri aparıb ki, bu da Akkuyu AES-i ilə bağlı işləri intensivləşdirməyə imkan verəcək. ”Türkiyə axını" barədə də danışılıb. Ankara habelə Rusiya neftinin ölkəyə tədarükünün artırılmasında maraqlıdır" - Peskov qeyd edib.
*****
Göründüyü kimi, iki dövlət arasında inciklik mərhələsi artıq arxada qalmış hesab oluna bilər. Əksər beynəlxalq ekspertlər də bunu vurğulamağa başlayıb. Belə bir yaxınlaşmadan ən çox əndişə keçirən isə əlbəttə ki, Ermənistandır. Daha bir səbəbə görə.
İş ondadır ki, qardaş ölkə ilə şimal qonşumuz arasında ortaq anlaşmaların sayı ziddiyyətli məsələlərin sayını üstələdikcə Azərbaycan üçün də yeni fürsət pəncərəsi açılmaqdadır. Söhbət təkcə Suriya mövzusunda uğurlu anlaşma nöqtələrinin tapılmasından getmir, həm də Ərdoğanın Sank-Peterburqda Putinlə görüş zamanı təklif elədiyi və ermənilərin qorxulu yuxusu olan Moskva-Ankara-Bakı üçlü formatının yaradılması yönündə daha əlverişli siyasi platformanın yetişməsindən gedir. Bu da öz növbəsində Qarabağ ixtilafının həllində irəliləyiş üçün yeni şans deməkdir.
Düşməni ən çox qayğılandıran əslində budur. Təsadüfi deyil ki, Ankara-Moskva əlaqələrindəki son mühüm gəlişmələrdən narahat olan erməni şərhçilərindən biri elə belə də deyib: "Türkiyə və Rusiya arasında ziddiyyətlər Ermənistanın milli maraqlarına uyğundur və ermənilər bu ziddiyyətlərin bacardıqca çox qalmasına çalışmalıdır”.

*****
Bu harasıdır, xain qonşularımız hətta ara-sıra özlərinin Kreml qarşısında qiymətini artırmaq üçün ona qarşı de-marşa da cəhd edirlər.
Bu yaxınlarda Rusiya vətəndaşı Mironovun İrəvan aeroportunda guya ABŞ-ın sifarişi əsasında saxlanması və üzərində məhkəmə qurulması eyni qəbildən olan nankor bir addım idi və haqlı olaraq Rusiyanın siyasi-ekspert dairələrində sərt təpki ilə qarşılandı.

Ona görə "nankor” ki, Ermənistan adlı saxta dövlət bütünlüklə Rusiyanın hesabına mövcuddur, məhz Rusiya bu marionet dövlətin yeganə varlıq qarantıdır. Amma Kremlin hesabına Azərbaycan torpaqlarının işğalını davam etdirən ermənilər yenə də Moskvadan narazıdır, onu vaxtaşırı Qərbə, ABŞ-a yaxınlaşmaqla təhdid eləməyə çalışırlar.
Yeri gəlmişkən, iki gün öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bəyan edib ki, rəsmi İrəvan Avropa Birliyi ilə yeni assosiativ sənəd layihəsinin müzakirəsinə başlayacaq. Bugünlərdə isə aparılan bir sorğu nəticəsində bəlli olub ki, Ermənistan toplumunun cəmi 23%-i ölkənin Rusiyanın Avrasiya layihələrində (Avrasiya İttifaqı, Gömrük İttifaqı) qalmasına tərəfdardır, 41% Avropa Birliyinə qoşulmağı istəyir.
*****
Ermənistandakı bütün bu anti-Rusiya gəlişmələri və ovqatı təsadüfmü? Türkiyə-Rusiya yaxınlaşmasından təlaşa düşən İrəvan doğrudanmı indi də Qərbdə xilas yolu axtarmağa başlayıb?
Əlbəttə ki, Moskva belə quruca cəhdin özünü belə İrəvana bağışlamaz, bu, sonuncuya baha başa gələr. Prezident Putinin danışmanlarından sayılan Aleksandr Duqinin az öncə erməni nəşrinə müsahibəsində işğalçı ölkəni xəbərdar elədiyi kimi, "əgər Ermənistan Rusiyadan üz döndərsə, o zaman dövlət kimi yer üzündən silinib gedəcək”.
Bu, sadəcə, hədə deyil, gerçəkdir. Çünki Azərbaycandan fərqli olaraq, heç bir iqtisadi və inkişaf resursu olmayan, iqtisadi dəyər kəsb etməyən, maliyyə-iqtisadi sferası da bütünlüklə Rusiyanın nəzarətində və asılılığında olan Ermənistanın Qərblə Rusiya arasında məkrli şəkildə vurnuxması onun simvolik dövlətçiliyinə də nöqtə qoya bilər.
Musavat.com
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ