03-09-2016 [14:28]
Tanınmış hüquq müdafiəçisi, Milli Azlıqların Monitorinq Qrupunun rəhbəri Elbrus Məmmədov Gürcüstanda yaşayan Azərbaycan İcması ilə bağlı kəskin ittihamlar səsləndirib.
O, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyevi sərt tənqid edib. E.Məmmədov deputatı Azərbaycan dilli məktəblərin bağlamasında və gürcü dilini bilmədən parlamentdə səmərəsiz fəaliyyət göstərməkdə günahlandırıb:
"1991-ci ildə Gürcüstanda 180, 2003-cü ildə isə 164 Azərbaycan məktəbi olub. 2003-cü ildən 2012-ci ilə qədər məktəblərin sayı azalaraq 120-yə enib. 2016-cı ildə Gürcüstanda 114 Azərbaycan məktəbi qalıb.
Bu məsələ nə Gürcüstan Parlamenti, nə də bələdiyyə səviyyəsində gündəmə gətirilməyib. Mahir Dərziyev məktəblərin bağlanmasında birbaşa günahkar şəxsdir. O, bir dəfə də olsun bu məsələləri parlamentdə qaldırmayıb. Gürcü dilini bilmir, amma oturub parlamentdə. Nə xeyirə yarayır, nə şərə. Heç bir problemimizi, dərdimizi yuxarı dairələrə çatdırmır”.
E.Məmmədov bildirib ki, 2010-cu ildə Gürcüstanda Azərbaycan icmasından olan məmurların tam razılığı ilə Marneuli bələdiyyəsində 19 kəndlərin adlarının dəyişdirilməsinə cəhd olub:
"www.reestri.gov.ge saytında Marneuli rayonunda yaşayış məntəqələrinin adlarının olduğu xəritə dəyişdirilib. 2011-ci ildə Tsalka rayonunda (Barmaqsız) 12 yaşayış məntəqəsində türk toponimləri dəyişdirilib. Heç bir məmur parlament və ya regional səviyyədə toponimlərin adlarının qeyri-qanuni dəyişdirilməsi ilə bağlı müvafiq suala cavab vermədi. Yalnız vətəndaş cəmiyyətinin fəallığı nəticəsində bütün adlar qaytarılıb. Bu məsələlər Azərbaycan icmasının heç bir nümayəndəsi tərəfindən qaldırılmayıb. Adların bu cür qanunsuz dəyişdirilməsinə qarşı fəal mübarizə aparan ictimai təşkilatların qarşısını almağa çalışırdılar”.
Vəkil əlavə edib ki, 2016-cı ilə qədər Gürcüstan hakimiyyəti Borçalı bölgəsində azərbaycanlıların 60-dan çox kənd və rayonlarının, bir çox digər toponim və hidronimlərinin adlarını gürcü adlarını dəyişdirib:
"Bundan əlavə 1990-ci ilə qədər Gürcüstanda Azərbaycan icmasının sayı 700 000, 2002-ci ildə isə onların sayı 284 000 nəfər olub. 2003-cü ildən etibarən isə Azərbaycan icmasının sayının azalması tendensiyası başlayıb. 2014-cü ildə Gürcüstanda Azərbaycan icmasının sayı tarixi minimuma - 233 000 nəfərə düşüb”.
AzNews.az
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ