“Prezidentin iş yükü çox ağırdır, ona yardımçı lazımdır” - Deputat

img

02-09-2016 [14:23]


"Milli Məclis prezident tərəfindən təqdim olunmuş ümumi işə mane ola biləcək qurumların - Ali Məhkəmənin, Konistitusiya Məhkəməsinin, Nazirlər Kabinetinin, Milli Bankın işini poza biləcək namizədlərin parlamentdən keçməsinə yox deyirsə və bunu dəfələrlə edirsə, Nazirlər Kabinetinə iki dəfədən artıq "hə” demirsə, bu, ölkənin idarəçiliyinin iflic olmasına gətirir”.

Bunu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə sentyabrın 26-da keçiriləcək referendum şərh edərkən deyib. O hesab edir ki, belə olan halda prezidentin yeni seçki keçirib parlametin buraxılması hüququnu əldə etməsi normaldır: "Bu, deputatların məsuliyyətini daha da artıracaq. Milət vəkili üzərinə düşən vəzifəni layiqincə həyata keçirməlidir. Bundan əlavə, davranışları ilə başqalarına nümunə olmalıdır”.

Ç. Qənizadə bildirib ki, Azərbaycan Konistitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşviqat və təbiğat kampaniyası sabahdan başlayır:"Konistitusiya Məhkəməsi bu dəyişikliklərin qanunauyğunluğuna baxıb qərar qəbul edilənə kimi artıq cəmiyyətdə fikirlər vardı. Çox güman ki, bu gün də müxtəlif fikirlər mövcuddur. Diqqətlə nəzərdən keçirsək, görərik ki, təxminən 15 maddə insan hüquqları və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət edir. Adicə bir fakt deyim. 18 yaşına çatmış Azərbaycan vətəndaşı hüququn bütün sahələrinin sübyekti idi. Yəni ailə, nikah, cinayət, mülk, təsərrüfat, seçki hüququ və s. Seçki hüququndan isə insanlar 50 % istifadə edirdi. Yəni seçə bilirdi, seçkili orqanlara isə seçilə bilmirdi. Yaş həddi parlament seçkilərində 25, prezident seçkilərində isə 35 idi. Onun seçmək, kiməsə "hə” demək hüququ olduğu hada, niyə özünə kiminsə "hə” demək hüququndan məhrum edilməlidir? Yaş məsələsi insan hüquq və azadlıqlarının təminatıdır və ölkədə 100 minlərlə gənc bu hüquqdan bəhrələnəcək”.

Deputat qeyd edir ki, ölkədə daha çevik və operativ idarəetmə sisteminə keçilməsi üçün konstitusiyada vitse-prezidentlik institutu təsis olunmalıdır:"Prezident hesab edir ki, bu institut yaranan halda o, bəzi hüquq və səlahiyyətlərini vitse-prezidentlərə verə bilər. Məsələn, Beynəlxalq əlaqələrlə bağlı müqavilələrin bağlanması, hansısa sahəyə nəzarət və s. Diqqətlə baxsaq, prezidentin iş yükünün nə qədər ağır olduğunu görürük. Bu gün bir rayonda açılış edirsə, o biri gün Bakıda konqresmenləri qəbul edirsə, digər bir gün isə Avropanın hansısa şəhərində beynəlxalq tədbirdə iştirak edir. Doğrudan da ökənin çiçklənməsi üçün, siyasi-iqtisadi kursunun və ölkədaxili problemlərin həlli üçün prezident hesab edir ki, ona bir yardımçı lazımdır. O, bu hüququnu vitse-prezidentlik institunun yaradılması ilə həyata keçirmək istəyir. Biz niyə buna yox deyək?”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA