01-09-2016 [22:15]
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun bu gün Almaniyanın paytaxtı Berlində ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında sərt çıxış edib.
Mia.az XİN-ə istinadən xəbər verir ki, nazir çıxışında ATƏT məkanında təhlükəsizlik məsələsi həll olunmamış silahlı münaqişələr, davam edən hərbi təcavüz, terrorizmin artan təzyiqi, zorakı ekstremizm, separatizm, kiber-hücumlar, radikalizm və digər hədələrlə sarsıldığını bildirib:
"Etnik və dini zəmində dözümsüzlük və ayrıseçkilik, xüsusilə islamofobiya kimi artan meyllər də ciddi çağırışlardır. Hazırkı beynəlxalq təhlükəsizlik problemlərinin əksəriyyəti beynəlxalq hüququn qəsdən pozulması və təhrif olunması səbəbindən baş verir.
Bəzən düşünürlər ki, qısamüddətli siyasi məqsədlərə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaq olar. Bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur".
Nazir Elmar Məmmədyarov daha sonra deyib:
"Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Beynəlxalq hüquq və BMT TŞ-nın müvafiq qətnamələrini tam şəkildə pozaraq, Ermənistan 20 ildən çoxdur ki Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb.
Ermənistanın xarici işlər naziri burada çox ziddiyyətli danışdı. Burada hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir: Kimdir təcavüzkar! Kim Azərbaycan torpaqlarını işğal edib! Kim ölkəmə qarşı güc tətbiq edir! Kim beynəlxalq və humanitar hüququ pozub!
Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Artıq bəsdir! Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib.
Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır.
Mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün biz, Helsinki Yekun Aktının əsas prinsipləri, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla beynəlxalq hüququn normalarına qəti riayət edilməsi təmin etməliyik".
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ