Müsavat mitinq qərarı verdi - Arif Hacılı tarixi açıqladı

img

01-09-2016 [17:29]


"Müsavat Partiyası sentyabrın 18-də mitinq keçirməyi planlaşdırır". 

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O bildirib ki, referendumla bağlı keçiriləcək mitinqin keçmiş "Məhsul” stadionunda təşkil olunması nəzərdə tutulur: "Mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq”. 

Qeyd edək ki, Milli Şura sentyabrın 11-də mitinq keçirməyə hazırlaşır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA