Milli Şuranın mitinq planına YAP-dan - Reaksiya

img

01-09-2016 [11:02]


YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqə münasibət bildirib.

A. Mirzəzadə "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, mitinqin keçirilməsinə icazə verilib verilməməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir: 

"Ümumiyyətlə isə, Milli Şura referenduma ən hazırlıqsız təşkilatdır. Çünki nə təşviqatla bağlı təşəbbüs qurupu yaratdılar, nə də təklif edilən dəyişikliklərlə bağlı konstruktiv mövqe ortaya qoya bildilər. Milli Şura adı olub özü olmayan, ancaq iddiası imkanlarından böyük olan bir təşkilat təəssüratı bağışlayır. Mitinq keçirilsə belə çox cüzi sayda insanlardan başqa aksiyaya heç kim qatılmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA