Referendumla əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

img

31-08-2016 [17:01]


Bu günə qədər referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) 161 müşahidəçi qeydiyyatdan keçib.

Bu barədə bu gün MSK sədri Məzahir Pənahov bildirib. Bunlardan 82 nəfər "Yeni Azərbaycan” təşviqat qrupunun, 29 nəfəri "Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun müşahidəçisidir. 42 nəfər öz təşəbbüsü ilə müşahidəçi kimi MSK-dan qeydiyyatdan keçib. 6 nəfər isə MDB Parlament Assambleyasının müşahidəçisidir.
Dairələrdə isə 7503 müşahidəçi qeydiyyatdan keçib.

Onlardan 903 nəfər siyasi partiyaların, 2102 nəfər "Yeni Azərbaycan” təşviqat qrupunun, 207 nəfər "Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun, 1034 nəfər "Bələdiyyə” təşviqat qrupunun müşahidəçisidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA