31-08-2016 [14:05]
Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı başladılan mübarizə qarşı tərəfin də hücuma start verməsinə səbəb olub.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, hazırda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışan və gülənçilərin Azərbaycandakı əsas adamı hesab olunan Elnur Aslanov artıq əks-fəaliyyətə başlayıb.
Bildirilir ki, sözügedən şəxsin rəhbərliyi ilə mütəmadi olaraq iclaslar keçirilir və gülənçilərə qarşı başladılan əməliyyatların qarşısının alınması yolları müzakirə olunur.
Məlumata görə, toplantılarda ictimai fikri yayındırmağa yönələn fəaliyyət planı hazırlanıb.
Planın əsas tərkib hissəsi yerli media oqanları ilə işləmək, hökumətə müxalif olan kəsimlə əlaqələri möhkəmləndirmək, nurçuluğa qarşı mübarizəni siyasiləşdirmək və bununla da hökumətə qarşı ictimai qınağı cilalamaqdır. Gülənçilər höküməti gözdən salmaq üçün bir sıra məsələləri şişirdilmiş halda cəmiyyətə çatdırmağı əsəs rıçaqlardan biri kimi nəzərdə tutub. Burada son iqtisadi proseslər, manatın ucuzlaşması və ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin soyuqlaşması əsas arqument kimi istifadə edilir.
Bu işlərin planlaşdırılmasında Elnur Aslanovla yanaşı, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Elşad İsgəndərov və gənclər və idman nazirinin müavini İntiqam Babayev əsas rol oynasa da, media və sosial şəbəkələrlə əsas iş sabiq millət vəkili Ceyhun Osmanlıya tapşırılıb. Belə ki, keçmiş deputat müxtəlif mətbu orqanlarının rəhbərləri ilə danışıqlara girərək gülənçilərin əleyhinə dərc edilən yazıların qarşısını almağa çalışır. Danışıqlarda xüsusilə Elnur Aslanovun hədəf götürüldüyü yazıların tirajlanmaması məsələsi qabardılır.
Bundan əlavə, şəbəkə bu işdə özlərinin müxtəlif vəzifələrdə çalışan adamlarından da istifadə edir. Onlar vəzifəli şəxslərdən istifadə edərək, özlərinə yaxın KİV nümayəndələri ilə işbirliyinə gedib, müxtəlif yollarla bu məsələlərlə bağlı yazıların dərcinə mane olur.
Lakin şəbəkə üzvləri yalnız materialların dərcinə mane olmaqla kifayətlənmirlər. Onlar eyni zamanda gülənçilərə qarşı aparılan bu prosesə başqa don geyindirməyə çalışan materialların dərcinə və yayılmasına çalışırlar.
Bu sahədə isə onların əsas fəaliyyət sferalarından biri sosial şəbəkələrdir. Gülənçilər sosial şəbəkələrdə daha çox müxalifyönümlü gənclərin vasitəsilə FETÖ-cülərə qarşı mübarizəyə siyasi don geyindirmək, bununla da hökümətin əleyhinə fikir formalaşdırmağa çalışırlar.
Lakin son hadisələr göstərir ki, hazırda FETÖ hakimiyyətdəki qalıqlarını passivləşdirməklə, vaxtilə vəzifədə və ya hakimiyyətin yanında olmuş tərəfdarları ilə radikal müxalifətlə potensialını birləşdirmək istəyir.
Bu baxımdan İRƏLİ-nin sabiq rəhbəri Ceyhun Osmanlının birdən birə AXCP fəalı Vüqar Qurdqanlının rəhbərlik etdiyi 24saat.az saytında peyda olması da təsadüfi xarakter daşımır.
Ceyhun Osmanlı müsahibəsində "nurçu" olmadığını ciddi-cəhdlə sübut etməyə çalışır, öz aləmində tutarlı arqumentlər səsləndirir, az qala alibi bazası yaratdığını düşünür. Amma o, bir dəfə də olsun Fətullah Gülən haqqında hamının dediyi FETÖ ifadəsini işlətmir, onun terrorçu şəbəkəyə rəhbərlik etməsi barədə isə, ümumiyyətlə susur. C.Osmanlı bütün müsahibə boyu suallara yayğın cavab verir, konkretlikdən qaçır. Çünki Gülən şəbəkəsinin bütün üzvləri təhlükə anında hər şeyi inkar etməyə, yeri gəlsə delikat şəkildə buyruğunda durduqları şəbəkəni tənqid etməyə belə təlimatlıdırlar. Şəbəkə üçün əsas onların dedikləri deyil, özlərini və əlaqələrini qoruyub saxlamaları və gələcək planların icrasına hazır olmalarıdır.
Ceyhun Osmanlı az qala hər cümləsində «mən kiçik adamdım, mənə tapşırırdılar, göstərişləri yerinə yetirirdim» fikrini refren kimi səsləndirir, özünü Gülən «camaat»ının Azərbaycandakı düşərgələnmiş fərdlərindən kənar adam kimi göstərməyə can atır, bütün günahı müsahibədə adlarını çəkdiyi məmurların üzərinə atmağa, daha nüfuzlu ünvanlar göstərməyə çalışır.
Mənbə bildirir ki, bundan sonra da müxtəlif media orqanlarında FETÖ-cülərin bu tipli yazılarının dərci gözlənilir. Yazılarda onlara qarşı mübarizə aparan vəzifəli şəxslərin və bu sahədə fəal olan media nümayəndələrinə qarşı qara piarın aparılacağı da istisna edilmir.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ