Azərbaycanda ərəb turistlərin olduğu maşın aşdı - Ölənlər var+ Video

img

30-08-2016 [15:54]


Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

Mia.az Azvision.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

***

Region TV-nin məlumatına görə, avtobusdakı sərnişinlərin hamısı hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

Hadisə ötən gün axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub.Sürücünün idarəetməni itirməsi nəticəsində 90 VX 672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA