30-08-2016 [00:18]
"Əsas hədəfimiz Avro-2020-dir. Uşaqlar öz üzərilərinə öhdəlik götürüblər ki, startda uğur qazanaq və niyə də Dünya çempionatı - 2018-in final mərhələsində iştirak etməyək?"
Bu haqda AFFA pezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Mia.az xəbər verir ki, qurum rəhbəri "Report"un suallarını cavablandırıb:
Mətbuatda yazırlar ki, "Bakı" klubunın prezidenti Hafiz Məmmədovla təkbətək görüşünüz olub. Ancaq "Bakı" çempionatda çıxışını dayandırdı. Bununla bağlı fikriniz maraqlıdır...
- Hafiz müəllimlə görüşümüz olmayıb. "Bakı"nın Azərbaycan futbolunda böyük ənənəsi olub, böyük işlər görüb. Amma son vaxtlar FİFA qarşısında böyük maliyyə öhdəçilikləri yarandı. Nəticədə FİFA ötən mövsüm klubun 15 xalını sildi. İndi də xal silinmə prosesi davam edir. Klub bu öhdəçilikləri yerinə yetirmək, lisenziya almaq üçün sənədləri bu gün də təqdim etməyib. Bunu həll etsə belə, həmin sanksiya kluba yox, AFFA-ya qarşı da yönələ bilər. Çünki onlar bizdən də tələb edirlər ki, klub öhdəçiliyi yerinə yetirsin. Ona görə də "Bakı"nın çempionatda çıxışı hüquqi cəhətdən baş tutmur.
Bununla bağlı AFFA hər hansı güzəşt edə bilərmi?
- Xeyir. Heç bir güzəşt ola bilməz. "Bakı" çempionatda çıxış etsə, biz AFFA olaraq FİFA qarşısında məsuliyyət daşıyacağıq.
Klubların sayının azalmasının Premyer Liqaya mənfi təsiri varmı?
- Olacaq. Klubların, oyun sayının azalması 2 vur 2 kimi bir şeydir. Ancaq ayrı bir yolumuz yoxdur. Bu il qərar qəbul etdik ki, cari mövsümə 8 komanda ilə başlayaq, gələn il doğru-düzgün 10 komanda olsun.
Futzal yığmamızın üzvləri ilə görüşdüyünüzü bildirdiniz. Millinin baş məşqçisi də bildirib ki, az oyun keçiriblər. O, bu istəyini sizinlə görüşdə dilə gətirdimi?
- Gecdir artıq. Bir neçə gündən sonra dünya çempionatının final mərhələsinə yollanırlar. Gərək özlərini Kolumbiya vaxtına kökləsinlər. Bu gündən artıq onların vaxtı ilə yatıb-durmalıdırlar ki, buna uyğunlaşa bilsinlər.
Siz Kolumbiyaya final mərhələsinə yollanacaqsınız?
- Xeyir.
Millimizin qarşıda San Marino yığması ilə rəsmi səfər oyunu var...
- Millimizə uğurlar dilədik. Biz onlara xeyir-dua verdik. Rəqiblərin hamısı çətindir. Biz onlara qələbə arzuladıq. Çalışmalıdırlar ki, yeni seçmə mərhələyə qələbə ilə başlasınlar. Futbolda asan rəqib olmur.
Seçmə mərhələnin startı öncəsi qarşıya bir hədəf qoyulubmu?
- Hədəf həmişə var. Əsas hədəfimiz Avro-2020-dir. Yəqin ki, vurduğumuz şüarı gördünüz. Niyə də yox? Uşaqlar özləri düşünmüşdülər. Bu, gözəl şüardır ki, başlanğıcda maksimum irəli gedək. Onlar öz üzərilərinə öhdəlik götürüblər ki, startda uğur qazanaq və niyə də Dünya çempionatı - 2018-in final mərhələsində iştirak etməyək?
Vaxtilə klublarda Müşahidə Şurasının yaradılmasının vacibliyini qeyd etmişdiniz. Ancaq son proseslər göstərir ki, bu qurumu yaratmayan klublar irəli gedirlər. Məsələn, "Qarabağ" və "Qəbələ" yenidən Avropa Liqasının qrupuna düşdülər. Düşünmürsünüz ki, Müşahidə Şurasının yaradılması uğursuz layihədir? Məhz bu şura yaradılandan sonra klublar uçuruma doğru gedirlər?
- Yox, biz belə bir şey düşünmürük. Müşahidə Şurası pis oyuna dəlalət etmir. Bu, quruluşdur, şəffaflıq deməkdir. Bu ayrı şeydir, o ayrı şey. Bunu bir-biri ilə qarışdırmayın. Mənim klubların daxili işi haqda nəsə deməyə ixtiyarım yoxdur. Heç vaxt baş məşqçini bir uğursuzluğa görə istefaya göndərməyin tərəfdarı olmamışam. O vaxt "Neftçi"nin prezidenti olduğum zaman baş məşqçi Qurban Qurbanovu 1-2 oyun uduzanda istefaya səslədilər. Həmin adamlara dedim ki, Qurban iki yüz oyun da uduzsa, biz onu istefaya göndərməyəcəyik. Kimsə bunu hazırlayırdı. Mən onlara dedim ki, gedin, nə edirsiniz edin, mən Qurbanovu buraxmayacağam. Onlar da "istefa" qışqırmağı tərgitdilər. Məşqçiyə özünü göstərmək üçün vaxt verilməlidir. Məşqçi dəyişikliyi heç vaxt yaxşı nəticə vermir.
Bəlkə rəhbərlik dəyişməlidir?
- O da ola bilər. Əsas məşqçidir. "Neftçi"də bir rəhbər yoxdur, rəhbərlikdə bir neçə nəfər yer alıb. Onlar baş məşqçini seçirlər və sonra onun işinə qarışmırlar. Məndə olan məlumata görə belədir.
Sizin "Neftçi"də olduğunuz dövrdə stadiona gələn azarkeş ordusu ilə klubun hazırkı azarkeş kütləsi arasında böyük fərq var...
- Azərbaycanda azarkeş problemi var. Neçə ildir futboldayam, azarkeşlərin stadiona gəlməsi aşağı səviyyədədir. Mənim vaxtımda da belə idi. Bir az qələbə olanda, beynəlxalq matçlar olanda gəlirlər. İngiltərə, Avropaya baxırıq, 40 minlik stadionu doldururlar. Biz 60-70 minlik Olimpiya Stadionu tikmişik. "Neftçi" 11 minlik "Bakcell Arena"nı doldura bilmir. Azarkeş gəlmir. Həvəs yoxdur, nədir bilmirəm. Menecmenti düz qurmuruq. İnsanları stadionlara cəlb etmək lazımdır. Bunun üçün gecə-gündüz çalışmalıdırlar.
Xaricdə Müşahidə Şurasının üzvləri pul qoyuluşu edirlər. Ancaq "Neftçi"də üzvlər klubu dövlətdən alınan pulla idarə edirlər. Düşünmürsünüz ki, burada hər hansı uyğunsuzluq var?
- Xeyir. SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə "Neftçi"nin azarkeşidir, Ağsaqqal Şurasının sədridir. O, onları gecə-gündüz sıxışdırır, narahat olmayın (gülür).
Çimərlik yığması tarixində ilk dəfə Super Liqaya vəsiqə qazandı. Ancaq Azərbaycanda çimərlik futbolu çempionatı yoxdur. Bu haqda düşünmürsünüz?
- Biz hələ ki bu haqda düşünməmişik. Çimərlik futbolu üçün stadion tikməliyik. Mən Braziliyada olanda gördüm ki, hamı çimərlikdə futbol, voleybol oynayır. Baxırsan ki, hər yerdə oynayırlar. Ancaq bizdə çimərlikdə voleybol oynayan yoxdur.
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR