“Siqareti az çəksinlər” - Deputatdan qiymət artımına reaksiya

img

29-08-2016 [13:47]


Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.

Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı aznews.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Vahid Əhmədovun sözlərinə görə, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır:

"Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…”.

Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: "İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA