27-08-2016 [22:55]
Məlum "aprel döyüşləri"ndən sonra Qarabağ probleminin həllində aktivləşən Rusiya prezidenti Putin başda olmaqla, rəsmi Moskvanın hər hansı bir nümayəndəsinin açıqlamaları Azərbaycanda çox böyük həssaslıqla müzakirə olunur.
Elə bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözləri də bu səbəbdən Azərbaycanda gündəmin əsas mövzularından biri oldu.
Xatırladaq ki, brifinqdə jurnalistin "ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkmək müqabilində, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında liderlik rolunun verilməsi təklif olunub. Bu, nə dərəcədə həqiqətdir?" sualına Rusiya XİN sözçüsü belə cavab verib: "İnanmıram ki, ABŞ hansısa məsələdə liderliyi Rusiyaya verməyə razılıq versin. Belə olsa, bu, əsl irəliləyiş olardı".
Bu açıqlama Putinin Qarabağ problemini tezliklə həll edəcəyinə dair Azərbaycan cəmiyyətində yaranan ümidlərə ciddi kölgə salmaqla yanaşı, ABŞ-ın bu düyünün həlllini Rusiyanın öhdəsinə rahat buraxmayacağını da təsdiq edir.
Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı açıqlama verən "Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, prosesə ilk növbədə "Putin, ümumiyyətlə, Qarabağ problemini həll etmək istəyirmi?" kontekstindən baxmaq lazımdır:
"Xatırlayırsınızsa, Vladimir Putin 2000-ci ildə Rusiyada hakimiyyətə gəldikdə ilk xarici səfərini Azərbaycana reallaşdırdı və keçmiş prezident Heydər Əliyevlə geniş fikir mübadiləsi apardı. O illərdə Çeçenistanda müharibə gedirdi və Moskva çeçen savaşçılara xarici ölkələrdən dəstək verildiyini iddia edirdi. Moskva o illərdə hesab edirdi ki, çeçen savaşçılara yardımın bir hissəsi Azərbaycan üzərindən həyata keçirilir. Putin bu mövzuda Bakıda Heydər Əliyevlə müzakirə apardı. Bundan sonra Bakıda Çeçenistanın keçmiş prezidenti Aslan Mashadova bağlı nümayəndəlik qapadıldı.
Aydındır ki, rəsmi Bakı bunun qarşılığında Putinin də Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasını, srtateji müttəfiqi Ermənistana təsir etməsini istəyirdi. Ancaq bu baş vermədi. Əksinə, Putinin hakimiyyətdə olduğu illərdə Dağlıq Qarabağ münaqişəsi daha çox konservləşdirildi.
Putinin iki müddət prezidentliyindən sonra Rusiyada hakimiyyətə Dmitri Medvedyev gətirildi. Putindən fərqli olaraq Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərdi. Medvedyev 3 il ərzində Azərbaycan və Ermənistan prezidentərini 10 dəfə bir araya gətirdi, intensiv danışıqlar aparıldı. Ancaq 3 ölkənin prezidenti münaqişənin həlli ilə bağlı geniş müzakirələr apararkən Rusiyanın o zamankı baş naziri Vladimir Putin də Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşürdü. Köçəryan artıq heç bir dövlət vəzifəsi daşımırdı. Ona görə də Putinin Köçəryanla görüşlərini Medvedyevə təzyiq kimi qiymətləndirmək olardı. Yəni Putin Köçəryanla mütəmadi görüşməklə demək istəyirdi ki, Ermənistanın maraqları əleyhinə Dağlıq Qarabağ münaqişəsini həll etmək olmaz".
Ekspert deyir ki, hazırda Putinin Azərbaycan prezidenti İlham Əliyevlə də mehriban münasibətləri var. Ancaq Putin xarici siyasətdə şəxsi hissləri ilə hərəkət etmir:
"O, bəlkə də Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir, ancaq Kreml sahibi müttəfiqi olan Ermənistanın bu həll yolundan məğlub çıxmasını istəmir. Ermənistanın danışıqlardan məğlub çıxmaması isə Dağlıq Qarabağda referendum məsələsinin separatçıların xeyrinə həll olunması deməkdir. Belə olan halda danışıqların məğlubu Azərbaycan olmalıdır.
Putinin Ukrayna siyasəti göstərir ki, Rusiya prezidenti qonşu ölkələrin Kremlə tabe olmasını istəyir. Əks halda, Rusiya prezidenti həmin ölkəyə qarşı aqressiv siyasət aparır. Unutmayaq ki, Gürcüstan və Ukrayna Qərblə yaxınlıq etdiklərinə və müstəqil siyasət yürütdüklərinə görə, Moskva tərəfindən cəzalandırıldı".
Politoloqun sözlərinə görə, Putinin Bakıdan da eyni istəkləri var:
"Birincisi, Azərbaycan bütövlüklə Rusiyanın regional maraqlarını nəzərə almalıdır, ən azı Avrasiya İqtisadi Birliyinə qoşulmalıdır;
İkincisi, Azərbaycan NATO-dan uzaq durmalıdır, Xəzərdə Qərbin bu və digər şəkildə hərbi varlığına imkan verməməlidir;
Üçüncüsü, Azərbaycan Rusiyanın maraqları əleyhinə Xəzərin dibi ilə Türkmənistana boru xətti çəkməməlidir.
Əslində, rəsmi Bakı Putinin bu istəklərini nəzərə almağa hazırdır. Ancaq Azərbaycan hakimiyyəti Putinin bu ağır şərtlərini yerinə yetirəcəyi halda, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəkmi?
Bu suala rəsmi Bakı Kremldən dəqiq cavab ala bilmir".
F.ƏHMƏD
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi