MSK Müsavata "yox" dedi - Arif Hacılı mübarizə vəd edir

img

27-08-2016 [14:46]


"Referendumla bağlı təsis etdiyimiz yeganə müxalifət qrupu olan "Respublika" qrupu qeydə alınmadı".

Bu barədə Mia.az-a Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

O bildirib ki, 41 mindən çox imzadan 3 minində əsasən şəxsiyyət vəsiqələrinin məlumatlarında qüsurlar var bəhanəsi ilə qeydiyyata alınmayıb: "Hakimiyyət bu davranışı ilə referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu bir daha ortaya qoydu. Bu bizi mübarizədən çəkindirməz. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin Cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA