26-08-2016 [12:49]
9-10 il əvvəl Gülən mövzusundan yazanda Türkiyə iqtidarındakılar da elə bizim bəzi millət vəkillərimiz kimi daş atıb, başlarını tuturdular. Hətta Türkiyə baş nazirinin (qızı ermənilərin "Agos”unda işləyən) müşaviri olan rəhmətlik zəng edib, xeyli söhbətləşmiş, gizli kardinalın Türkiyəni işğal etmək planlarından yazan, necə addım-addım işğal planını gerçəkləşdirdiyini qeyd edən bu cavanı "səhv yol”dan döndərməyə çalışmışdı. Bəs bu gün? Dünən Türkiyədə buna sahib çıxan hər kəs indi dizinə döyür. Sağçısından solçusuna, dindarından dünyəvisinə hər kəs FETÖ adlı bəladan yanıqlıdır. Sadəcə, Türkiyənin bəxti onda gətirdi ki, 93-cü ildə Ulu Öndər Heydər Әliyevi Azərbaycana bəxş edən Yaradan 15 iyulda Әrdoğanla qardaş ölkəni xilas etdi.
Türkiyədəki dəstəsindən əli kəsildiyi üçün məhz "xaçlı” ordusuna ehtiyac duyur. Bunun üçün son çıxışında bəyan edir ki, "xaçlıların ölkəni işğal etməsi qorxulu deyil. Onlar qadınlara toxunmurlar”. Bu hansı anlama gəlir? Birilərinin Türkiyəni işğal etmək planı var? Gülən bunun üçün zəminmi hazırlayır? Açığı, Gülənin hər çıxışının CIA ilə razılaşdırıldığını düşünürsək, bunu da bir planın tərkib hissəsi saymaq olar. "Gəzi”, 17-25 dekabr əməliyyatları və ən son 15 iyul çevrilişə cəhdi ilə Türkiyəni ələ keçirə bilməyənlərin işğaldan başqa yolu qalmır. İşğalı edəcək qüvvə də "xaçlı”dan, yəni NATO-dan başqa bir qüvvə deyil. Gülənin dedikləri isə bir zamanlar ona Komunizmlə Mübarizə Dərnəyinin Ərzurum şöbəsini qurduranlara "hizmət”dir.
Türkiyə öz ölkəsinə qarşı erməni lobbisi ilə əməkdaşlıq edən, "kim paraleldirsə, Allah onun bəlasını versin” dediyi halda, Türkiyədə alternativ güc-hökumət formalaşdıran Güləni bir zamanlar dəstəkləmənin acısını çəkir. Azərbaycanda başda olmaqla, dünyanın bir çox ölkəsinə məktublar yazan Özalın, Dəmirəlin, Çillərin, Gülün etdikləri səhvin altında əzilir. Məsələn, Qırğızıstanda Gülənin təşkilatlanması üçün illərlə Türkiyə məktublar yazdı. Rusun təsirini azaltmaq adı altında Gülən örgütünü gücləndirdi. Orada qurulan türk dövlətinə bağlı müəssisələrə sahib çıxılmadı, fəqət Anadolu şəhərlərindən yığılan "himmət” pulları ilə "Sebat” liseyləri gücləndirildi. Bu gün rəsmi Bişkek Gülən məsələsində Türkiyəyə dirsək göstərirsə, bunun günahını Türkiyə keçmişində axtarmalıdır. Eləcə də, Özbəkistanla hələ də diplomatik problemlər qalırsa, bunun da düzəldilməsinin tam zamanıdır.
Türkiyə keçmişdə etdiyi səhvləri düzəltməyə çalışdıqca, Azərbaycanda bir sıra məmurlar bilərəkdən və ya bilməyərəkdən eyni xətaya düşürlər. "Azərbaycanı ələ keçirməyə gücləri yetməz” kimi absurd iddia irəli sürənlər unudurlar ki, qarşılarındakı Güc sivil yollarla, seçki yolu ilə hakimiyyətə iddia irəli sürən bir siyasi partiya deyil. Daha çox agentura şəbəkələrinə məxsus üsullarla hərəkət edən, Gülənin özünün ifadə etdiyi kimi "dövlətin can damarlarında gizlicə dolaşan” müridləri müəyyənləşdirmək, təhlükənin miqyasını öyrənmək sərin kabinetlərdə oturanlar üçün çox çətindir. "İşıq evləri”ndə gedən prossesləri, hər sahə üçün ayrı-ayrılıqda yetişdirilmə sistemini bilmədən, dövlət içinə "sızan” bu şəbəkədən agah olmadan danışmaq çox asandır.
Mövqe etibarı ilə bir-birinə daban-dabana zidd görünən bəzi şəxslərin bu məsələdə həmrəy olması da göstərir ki, biriləri Azərbaycandakı ab-havadan narahatdırlar və bunun qarşısını almaq istəyirlər. Ən azından əngəl olmaq, hədəf yayındırmaq, bu mübarizəyə olan ictimai inamı azaltmaq, haqsız ikən haqlı duruma gəlməyə cəhd edirlər. Ən başlıcası da, əsl niyyət kadrlar və obyektlərin qorunmasıdır.
Bu günlərdə Azərbaycan mətbuatında "Türkiyə erməni məktəblərini bağlasın” kampaniyasının arxasında da FETÖ-nü müdafiə dayanır. Belə ki, Türkiyədə olan erməni məktəbləri eyni ilə yunan məktəbləri kimi milli azlıqlara Mustafa Kamal Atatürk tərəfindən verilmiş bir haqqdır. Açığı, erməni icmasına bağlı olan məktəblər dini təhsil müəssisəsi sayıldığından erməni vətəndaşların çoxu belə uşaqlarını o məktəblərə qoymurlar. Nəzərə alsaq ki, Türkiyədə 80 minə yaxın erməni, 200-dən çox da erməni mənşəli həmşin var, bu məktəblərin niyə olduqları bəlli olur. Türkiyə məhz bu məktəbləri göstərərək, ermənilərə qarşı humanist olduğunu və soyqırım törətmədiyini bildirir. O oxuyacaq şagird tapa bilməyən dini məktəbləri Gülənin birbaşa bürökratiya və varlı kəsləri hədəf seçən liseylərlə müqayisə etmək sadəcə, cəhalətin nümayəndəsi deyil, məqsədyönlü şəkildə həm Türkiyə ilə Azərbaycanın arasını vurmaq həm də düşmən vətəndaşlarına rahat yaşayış vəd edən Azərbaycan iqtidarını yalanlamaq deməkdir. Nə isə…
Haşiyə
Bir neçə gün öncə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Dialoq Avrasiya Platformunun 2009-cu ildəki toplantısında fətullahçıları salona Atatürk yerinə Gülənin şəklini qoyduqlarına görə, sərt qınaması ilə bağlı xəbər yenidən gündəmə gəldi. Yaxşı xatirimizdədir ki, məhz millət vəkili Nizami Cəfərovun dəvəti ilə gerçəkləşən o tədbirdə Ə.Həsənovun çıxışı ciddi rezonans yaratmışdı.
Hadisənin şahidlərindən biri, "Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan danışır ki, Əli Həsənovun çox sərt və tənqidi notlar üzərinə qurulmuş çıxışı toplantının istiqamətini dəyişdi.
"Dəqiq yadımda deyil, ya 37 ya da 47-ci dəqiqədə çıxış edildiyi halda Atatürkün adının bir dəfə də çəkilmədiyinə diqqət çəkən Əli müəllim bildirdi ki, "Dialoq Avrasiya maarifçilik hərəkatı əsasında fəaliyyətə başladı. Lakin bu gün onun onun fəaliyyətində missionerlik çizgiləri müşahidə olunmaqdadır. Bu çox pis tendensiyadır. Türkiyə ilə Azərbaycanın birlikdə təşkil etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin şəklinin yanından yalnız Atatürkün şəkli asıla bilər”. Bu çıxışdan sonra Əli Həsənov tədbiri tərk etdi. Onunla birlikdə tədbirdən bir çox dövlət adamı, millət vəkilləri ayrıldı.
Eyni zamanda millət vəkili Qüdrət Həsənquliyevin tədbiri tərk etməsi uzun müddət müzakirə mövzusu olmuşdu. Hadisə ilə bağlı Q.Həsənquliyev bildirib ki, "o zaman Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov o tədbirdə çox kəskin, cəsarətli bir çıxış etdi. Bu, siyasi baxımdan uzaqgörən, dövlət və ictimai maraqları qoruyan bir çıxışı idi. O dövrdə hər bir hökumət rəsmisinin belə çıxış etməsi doğrudan da cəsarət istəyirdi. Çünki 2013-cü ilə qədər bir çoxları ideoloji bağlılığa görə gülənçilərlə münasibət qurmamışdılar, çoxu konyuktura naminə münasibət qurmuşdu. Bir qrup isə səmimi olaraq Fətullah Güləni o vaxt Türkiyə hakimiyyətinin müttəfiqi kimi qəbul edirdi. Ona görə də Əli Həsənovun 2009-cu ildəki çıxışı o zaman Türkiyə hakimiyyətinin təbliğinə həsr olunmuş bir tədbirdə kəskin çıxış kimi qiymətləndirilirdi. Əli Həsənovun həmin çıxışdan sonra "gülənçilər” fəaliyyətlərində ciddi korrektələr etdilər, öz fəaliyyətlərini çərçivəyə saldılar. Əli Həsənov o tədbirdə onların sifətlərinə dedi ki, bu, artıq bütün əndazəni aşmaqdır. Mən sonra parlamentdə də bu məsələni qaldırdım. Dedim ki, "gülənçi”lər söyləyirlər ki, siyasətlə məşğul deyillər. Tədbirdəki jurnalın baş məqaləsindən bir abzas oxudum. Orada siyasi hakimiyyət uğrunda mübarizəyə açıq çağırış edilirdi. Yazılmışdı ki, nurçuluğun, "gülənçi”liyin mahiyyəti odur ki, beyinləri biliklə, qəlbləri nurçuluq ideologiyası ilə dolmuş insanlar siyasi hakimiyyətə gəldikdə ədalətli cəmiyyət qura bilərlər. Bu o deməkdir ki, yalnız nurçular hakimiyyətdə olarlarsa, ədalətli cəmiyyət ola bilər, başqaları ədalətli cəmiyyət qura bilməzlər. Mən parlamentdə dedim ki, biz dünyəvi dövlətik, niyə bunların qarşısı alınmır, Azərbaycanda istedadlı uşaqların bu şəbəkənin təsiri altında təhsil almasına, böyüməsinə şərait yaradılır?! Bəli, etiraf etmək lazımdır ki, "gülənçi”lərin məktəblərində həqiqətən də yaxşı təhsil verirdilər. Söhbət ondan gedirdi ki, seçmə üsulla yox, sıradan birinci sinifdən 20-25 uşaq götürsəydilər və onlara yaxşı təhsil versəydilər, onların da hamısı ali məktəbə qəbul olsaydı, bu, yüksək qiymətləndirilməli idi. Amma ən istedadlı uşaqları seçirdilər, o uşaqların 80 faizi başqa universitetlərdə oxusaydılar da, ali məktəblərə qəbul olacaqdılar. Mən dedim ki, dövlətçiliyimiz və dinin siyasətdən uzaq tutulması naminə bu şəbəkənin fəaliyyəti aradan qaldırılmalıdır”.
Bəs o salonda Atatürk rəsmi niyə yoxdu? Bunun cavabını isə Gülən əleyhinə prokuror Nuh Mete Yüksəlin yazdığı ilk iddianamədən oxuyuruq:
Fətullah Gülən Qrupunun məqsədi strategiyası
Fətullah Gülən, müdafiə etdiyi ideologiya üçün leqal görünən yolla və sahib olduğu maddi güc ilə:
Yürüdülən «xoşgörü və barış» siyasəti ilə bəzi dövlət orqanlarına təsir edən Fətullah Gülən, hədəfinə çatana qədər bu imici ilə əhalinin gerçəyi görməsinin önünü «mülayim görünüş» və demokratiya çətirinə sığınaraq, kəsməkdədir.
Cümhuriyyət quruluşunu heç vaxt qəbul etməyən və təhqir edən buşəxs bu gün «cümhuriyyət tərəfdarı» kimi görünərək, ustalıqlainsanları və bəzi dairələri bu yalana inandıra bilməkdədir.
Fətullah Gülən təşkil etdiyi "şagird seçmə” qrupları kənd və şəhərləri gəzərək, ağıllı və bacarıqlı uşaqları seçərək, onlar üçün yaratdıqları imkanlarla, həmin gəncləri özlərinə bağlamaqdadırlar.
Fətullah Gülənin düşüncələri həmin şagirdlərə evlərdə, məktəblərdəvə düşərgələrdə (kamplarda) «beyin yuma» metodları iləöyrədilməkdədir. Bu toplantılarda Atatürkün inqilabları ilə toplumunİslamdan və inancdan uzaqlaşdırıldığı iddiası ilə Mustafa Kamal«Dəccal» (Qiyamətdən öncə ortaya çıxacaq baş fitnəkar) olaraq,tanıdılmaqdadır.
Fətullah Gülən gizliliyə meyilli fəaliyyəti, tərəfdarlarının ona son dərəcə bağlı olması, təsirli, qərarlı və mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkəsi ilə ən güclü ekstremist şəbəkədir("Terrorun Gülən üzü” kitabı, səh.51).
***
Əlavə şərhə ehtiyac varmı? Gülən güclənənə qədər Atatürk şəkillərini liseylərindən əksik etmədi. Fəqət nə zaman özünün qüdrətinə vuruldu, o zaman özünün şəkillərini asdırmağa başladı. İddianamədə qeyd olunan kimi, Gülən daima özünü Atatürkün alternativi olaraq, gördü. Hətta "Dəccal öldü, mən doğuldum” deyərək, əsl doğum tarixinin 1938-ci il olduğunu belə söylədi.
***
Gülənin Azərbaycanda bir sıra təsir rıçaqları var. Buna müxalifət və iqtidardakı simpatizanları, müridləri, iqtisadi imperiyaları, media qurumları və təhsil müəssisələri daxildir. Ancaq bizim üzərində dayandığımız əsas rıçaq məhz təhsildir. Elə Gülənin də yeri gələrsə, təhvil verdiyi, fəqət ciddi cəhdlə əlindən buraxmaq istəmədiyi də təhsildir. Açıq siyasi mübarizədən qaçan Gülənin gələcəkdə dövlət idarəetməsini öz nəzarəti altına almaq üçün qısa müddət ərzində bütün dövlət müəssisələrindəki ştatlara öz adamlarının gətirilməsini və ya bu vəzifələrdə çalışanların ona bağlanmasını hədəfləmişdir. Uzunmüddətli planı isə dövlətə tam nəzarət üçün təhsil sektorunda son dərəcə güclü təşkilatlanmaqdır. Nədən təhsil sistemi? Çünki bir dövləti ordu ilə işğal etmək istəsən, sənə müqavimət göstərəcəklər, işğal etsən belə, yetmiş il sonra da olsa, səni silib atacaqlar. Necə ki, SSRİ elə dağıdı. Ancaq mədəniyyət və təhsillə edilən işğallar əbədi olur, onlarla formalaşdırılan nəsillər heç vaxt başqa yönə meyl etmirlər. Hindistanda ingilis dilli təhsilin memarı olan Thomas Babington Macaulay, 1835-ci ildə yazdığı "Hindistandaki Təhsil Hesabatı”adlı məşhur əsərində bu prosses belə şərh edilib: "Bizim verdiyimiz ingilis dilli təhsil, "qan və dəri rəngi baxımından Hindli” olan yerliləri "bəyənmək, qənaət, əxlaq və zəka baxımından ingilis” halına gətirəcəkdir. Bu insanlar əslində Britaniyanın maraqlarını qoruyacaq sinif təşkil edəcək, bu böyük və hələ də bizə boyun əyməyən bu ölkənin idarə edilməsində ingilislərə yardım edəcəklər” (Macaulay, 249).
Məhz bu səbəbdən də, nə Qafqaz Universiteti, nə liseylər, nə də hazırlıq kursları təslim edildi. Sona qədər, həm də azərbaycanlı müridlərinin özlərini ifşa etməsi bahasına olsa da, hamısı əllərində saxlanıldı. Bu səbəbdən də, Azərbaycanın əksər strateji bölgələlərində qurulan liseylərlə bağlı Təhsil Nazirliyi öncə ictimaiyyəti aldadaraq, başqa bir liseyə pilot məktəb olaraq, verildiyini açıqladı. Ardınca, liseylər bağıanmadan öncə ABŞ-a aparılan Anar Məmmədovun başçılığı altında "İstək” yaradıldı və "Çağ”layan liseylər "İstək” yuvasına çevrildi. Türk fətullahçıları isə rəsmi olaraq, azərbaycanlılar əvəzlədi.
Bakıda, Qubada, Mingəçevirdə, Gəncədə, Lənkəranda, Şirvanda, Ağdaşda yeni qurulan liseylərin 20 illik təcrübədən bəhs etməsi bizim diqqətimizi çəkdi, Təhsil Nazirliyini heçmi şübhələndirmədi? Ənvər Özərənin Bakıya gələndən bəri yanından ayırmadığı "baş məsləhətçi” Nazim Əkbərovun eyni vəzifəni "İstək”də də icra etməsi təsadüfünə heç əhəmiyyət verilmədimi?
Yoxsa, "Sabah”ın gənclərini hazırlamağı Elnur Aslanovun əsas adamlarından olan Şahin Seyidzadəyə əmanət edən təhsil naziri Mikayıl Cabbarov sələfinin qoyduğu xətti davam etdirir, bizim xəbərimiz yoxdur.
Əgər vaxtilə, İçərişəhərdəki qəlyan yoldaşlarının xətri Azərbaycan dövlətindən önəmli deyilsə, yaxşı olardı ki, Təhsil Nazirliyi "İstək”in "Çağ”ın davamı olub-olmadığını, eyni xəttin burada davam edib-etmədiyini araşdırsın.
Yenicağ.info
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı