26-08-2016 [12:45]
"Ağ Yol" Vətəndaş Hərəkatı "Facebook" sosial şəbəkəsilə bağlı bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatı olduğu kimi təqdim edirik:
****
"İnkişaf etmiş Qərb dövlətlərinin laboratoriyalarında yaradılan sosial şəbəkələr dünya ictimaiyyətinə azad, demokratik məkan kimi təqdim edilsə də, əslində onların siyasi güclər tərəfindən idarə olunduğu heç kəsdə şübhə doğurmur. "Narıncı inqilabların", "ərəb baharının", digər iğtişaş və qiyamların reallaşmasına təkan verən, qığılcımların alovlanmasında katalizator rolunu oynayan sosial şəbəkələri idarə edənlər sanki hər bir ölkə üçün spesifik fəaliyyət planları hazırlayıblar. Məqsəd hakimiyyətlə xalq arasında bağlılığı zəiflətmək, dövlətin sütunlarını laxlatmaq, Şərqi, xüsusilə də müsəlman ölkələrini gözdən salmaq və prosesləri Qərbin maraqlarına uyğun şəkildə idarə etməkdir.
"Ağ Yol" Vətəndaş Hərəkatı təəssüflə bəyan edir ki, sosial şəbəkələrin bu cür qərəzli fəaliyyəti Azərbaycandan da yan keçməyib. Aparılan müşahidə və təhlillər göstərir ki, son vaxtlar Azərbaycanda dövlətçilik ideyalarını dəstəkləyən, xaricdən gələn qeyri-ənənəvi cərəyanların fəsadlarını açıb göstərən "Facebook" səhifələrinin fəaliyyətinə heç bir əsas olmadan ciddi maneələr yaradılır.
Xüsusilə, Fətullah Gülən terror təşkilatı (FETÖ) tərəfindən Türkiyədə həyata keçirilən hərbi qiyam cəhdi və ondan sonrakı proseslərlə bağlı operativ paylaşımlar edən, bu terror şəbəkəsinin fəaliyyətini ifşa edən səhifələrin fəaliyyəti "Facebook" tərəfindən məhdudlaşdırılıb. Eyni tendensiya bu ilin aprel ayında cəbhə bölgəsindəki hərbi əməliyyatlar zamanı da baş vermişdi. "Facebook" o zaman da Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin cəbhə bölgəsindən olan xəbərləri paylaşmalarına əngəl yaradırdı.
"Ağ Yol" Vətəndaş Hərəkatı bəyan edir ki, özünü azad sözün, fikir müxtəlifliyinin məkanı sayan "Facebook" sosial şəbəkəsinin bu hərəkəti heç bir çərçivəyə sığmır və onun siyasi güclərin əlində alət olması barədə şübhələri daha da gücləndirir.
"Ağ Yol" Vətəndaş Hərəkatı Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin "Facebook" tərəfindən əsassız təqib edilməsini pisləyir və sosial şəbəkə rəhbərliyindən bu kimi halların aradan qaldırılması üçün təcili tədbirlərin görülməsini tələb edir".
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi