25-08-2016 [18:18]
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Media və radikal cərəyanlara qarşı mübarizə yolları» mövzusunda konfrans keçirilib.
Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan mediasının dini məsələlərə yanaşma tərzi mənəvi əhəmiyyət daşıyıb:
"Bu zaman hər hansı təfriqəçilik meyli nəzərə çarpmayıb. Başlıca olaraq dinin dövlətdən ayrı olması prinsipi rəhbər tutulub, dövlətçilik maraqlarına sadiqlik nümayiş ön planda olub".
Azərbaycanın dövlətçilik maraqlarında Türkiyə ilə strateji müttəfiqliyin mühüm həlqəni təşkil etdiyini vurğulayan Ə.Amaşov onu da bildirib ki, qardaş ölkədə iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycan cəmiyyəti, o cümlədən mediası tərəfindən şiddətlə qınanılıb. Bu baxımdan çevriliş cəhdini edən nurçuların ölkəmizdə də dayaqlarının mövcudluğu istiqamətində diskussiyalar açılıb. Ə.Amaşov medianın bu sayaq məsələlərə münasibətdə həssas davranmasının zəruriliyini əsaslandırıb. Hansısa şəxsin və şəxslərin bu xüsusda damğalanmasının düzgün yanaşma olmadığını vurğulayıb. Cəmiyyətdə bölücülüyün yaranmaması üçün medianın hadisə və proseslərə obyektiv yanaşmasının, faktlara söykənməsinin vacibliyini bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Azərbaycan dövlətinin mediaya hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Buna qarşılıq kütləvi informasiya vasitələrinin də jurnalistikanın təməl prinisiplərinə, Həsən bəy Zərdabi ənənələrinə sadiqliyinin zəruriliyini əsaslandırıb. Medianın cəmiyyətdə bölücülük yaratmağa xidmət edən cərəyanların ifşasında mühüm missiya daşıdığını önə çəkən PA rəsmisi bunun dövlətçilik maraqlarının müdafiəsi prinsipindən irəli gəldiyini deyib. O, həmçinin Azərbaycan dövlətinin müəyyən siyasi məqsədlər gerçəkləşdirməyə çalışan dini sekta və cərəyanlara qarşı mövqeyinin hər zaman barışmaz xarakter daşıdığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov çıxışında bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə qardaş Türkiyə ilə müttəfiqliyə sadiqlik əsas xətt olub. Bunun nəticəsi idi ki, vaxtilə nurçu dini təriqətinə məxsus ədəbiyyatların ölkəyə gətirilməsinə izacə verilmişdi. Bununla belə Azərbaycan dövləti bu istiqamətdə yarana biləcək təhlükələri nəzərə alıb və müvafiq tədbirlər həyata keçirib.
İslam dinindən sonra yaranmış islamçı cərəyanların siyasi məqsədlərə hesablanmış mövqe seçdiklərini xatırladan «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bu prosesin milli dövlətlərin sıradan çıxarılması məqsədi daşıdığını vurğulayıb. O, Azərbaycan cəmiyyətinin belə mənfi təmayüllərə qarşı hər zaman səfərbər olmasının vacibliyini bildirərək medianı mövcud istiqamətdəki fəaliyyətdə başlıca ictimai institut kimi dəyərləndirib.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, dini təhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyi müstəvisində dəyərləndirilən məsələdir. Bu məsələdə geniş toplumla yaxınlıq baxımından məscidlər nə qədər mühüm rol oynayırlarsa, KİV-lər də eyni mövqedədirlər.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Azərbaycanın dünyəvi təməllər üzərində qurulmuş müstəqil respublika olduğunu bildirib. Bu təmələ qarşı hər hansı kənar qüvvələrin qarşısının qətiyyətlə alınmasının vacibliyindən söz açıb. Baş redaktor belə məsələlərə münasibətdə KİV-lərin göstərdiyi həssaslığın ümumvətəndaş və ümumdövlət maraqlarına söykəndiyini bildirib.
«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev nurçu təriqətinin Azərbaycana 1990-cı ilin əvvəllərində ayaq açdığını xatırladıb. O bildirib ki, bu təriqətin daşıdığı siyasi məqsədlərin Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil etməsi aktuallığını saxlayan məsələlərdəndir.
MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu müzakirə olunan mövzunun əhəmiyyətini əsaslandırarkən vurğulayıb ki, burada söhbət təkcə Türkiyəni və Azərbaycanı deyil, bütövlükdə türkdilli ölkələri cənginə almış təhlükədən gedir.
Baş redaktor onu da bildirib ki, nurçuların, fətullahçıların Azərbaycanda özlərinə dayaq tapmalarının əsasında Türkiyə dövləti ilə həmrəylik nümayişi durub. Lakin 15 iyulda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra məsələ fərqli müstəvidə dəyərləndirilməlidir. Çünki çevriliş cəhdi əslində Türkiyə dövlətçiliyinin çökdürülməsi cəhdi idi ki, bu da yolverilməzdir. Eyni zamanda nurçularla əlaqəsinin olduğu bildirilən şəxslərə qarşı 1937-ci il repressiyalarını xatırladan tərzdə davranılması da məqbul deyil.
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli nurçuluğa qarşı mübarizənin peşəkar qurulmasının vacibliyini əsaslandırıb. O bildirib ki, mövcud istiqamətdə tutarlı araşdırmalar aparılmalıdır. İttihamçılıq dəst-xətti mahiyyətcə gülənçiliyin xeyrinədir.
MŞ İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib ki, Türkiyədəki dövlət çevrilişinə cəhd ilə nurçuların terrorçu mahiyyəti üzə çıxdı. Bu isə Azərbaycanda onlarla əlaqəsinin olduğu bilinən şəxslərin mühüm dövlət qurumlarından, o cümlədən ölkə parlamentindən sıxışdırılmasını zəruriləşdirir.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında dini maarifləndirmə və müxtəlif dini cərəyanların doğurduğu təhlükəyə dair dövlət qurumları ilə birgə tədbirlərin davamlı şəkildə təşkil olunmasını təklif edib.
MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif AşırlıAzərbaycan mətbuatının müzakirə olunan məsələyə daim yer verdiyini vurğulayıb və əlavə edib ki, ümumən baxış elmi-konseptual mahiyyət daşımalıdır. Baş redaktor onu da bildirib ki, hazırda siyasi partiyaların sosial bazası yoxdur, ancaq dini təriqətlər öz ətraflarında müəyyən kütləni toplayırlar. Vəziyyətin nə üçün bu cür şəkil almasına da diqqət yetirilməlidir.
MŞ İdarə Heyətinin üzvü, «APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı deyib ki, müxtəlif dini cərəyanların daşıdıqları siyasi mahiyyətlə bağlı cəmiyyətdə mütəmadi şəkildə təbliğat işləri aparılmalıdır. Ancaq bu təbliğat heç bir halda hüquqi dövlətin norma və prinsipləri çərçivəsindən kənarda olmamalıdır.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, nurçular Türkiyə kimi güclü dövlətin əsaslarını zəiflətmək üçün ciddi cəhd etdilər. Kim təminat verə bilər ki, onların tərəfdarları eyni hərəkətlərini Azərbaycanda reallaşdırmaq istəməyəcəklər? Buna görə də cəmiyyətin, o cümlədən medianın təhlükəyə qarşı hər zaman səfərbər olması şərtdir.
«Teleqraf Holdinq»in rəhbəri Aynur Quliyeva diqqəti ölkəmizdə nurçulara məxsus təhsil şəbəkələrinin də fəaliyyətinə çəkib. O bildirib ki, həmin müəssisələrdə təhsilin keyfiyyətliliyi hər kəsi cəlb edirdi. Belə bir durumda Azərbaycanın öz təhsil səviyyəsinin yüksək olması lazımdır.
«Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov SSRİ-nin dağılmasından sonra Qərb üçün qırmızı təhlükə aradan qalxdı. Lakin Qərb özü üçün olan yaşıl təhlükəni, yəni İslamı sıradan çıxarda bilməyib. Buna görə də müxtəlif planlar işləyir ki, belə planlardan biri də nurçularla bağlıdır.
"Yenicag.info” saytının baş redaktoru Aqil Ələsgər çıxışında bir sıra dövlət qurumlarında hələ də nurçulara yaxınlığı olan şəxslərin qaldıqlarından narahatlığını ifadə edib.
İCRA BAŞÇISI XALASI OĞLU OLAN HƏMKARININ HƏBSİNƏ BELƏ REAKSİYA VERDİ: "Nə deyim ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Abzas Media" əməkdaşlarına hökum oxundu - Məhkəmə prosesi
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakının daha üç rayonunda prokuror təyinatı oldu
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - FOTOLAR
“Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - Leyla Əliyeva ilə Arzu Əliyeva tədbirdə + FOTOLAR
"Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib" - Federasiya açıqlama yaydı
Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib - FOTOLAR
Çinlə daha bir saziş qüvvəyə mindi - Prezident fərman imzalayıb
İsrailin müdafiə naziri "Hizbullah"ın liderini ölümlə hədələdi: "Sələflərindən dərs almayıb?"
Prezident İlham Əliyev daha bir Fərman imzalayıb
“Sabah” əcnəbi baş məşqçi ilə anlaşdı - 3 illik müqavilə ilə
Pensiyalar nə vaxt ödəniləcək? - Rəsmi açıqlama yayıldı
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət mülkiyyətində olan maşınlar satışa çıxarılıb
ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq
NAXÇIVAN ALİ MƏCLİSİ İLƏ NAZİRLƏR KABİNETİNİN SƏLAHİYYƏTİ DƏYİŞİR - Nələr olacaq? (YENİLƏNİB)
İlham Əliyev özbəkistanlı naziri qəbul edib - FOTOLAR
"İşimi itirmək mənim üçün ailəmin bütün təməlini itirmək deməkdir" - "Azəriqaz"ın xadiməsi
Bağlanmış bankların əmlakları satışa çıxarılıb
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunun buraxılış mərasimində - Nazir diplomları təqdim etdi (VİDEO, FOTOLAR)
XİN BAŞÇISINI ÖLDÜRMƏK İSTƏYİBLƏR - "Qəsdin qarşısı son anda alındı"
Rusiya "barmaq silkələdi": "Xamneyinin öldürülməsi..." - "O zaman həqiqətən "Pandoranın qutusu"nu açacaqlar"
Azərbaycan neftinin qiyməti 83 dollara çatır
Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
İsrail İranın 4 bölgəsini bombalayıb - Üç hərbçi ölüb
Nazirlik 19 milyona nələr alacaq ki? - Şübhə çəkən sövdələşmə var
"İstəyirəm məndə hamıda olmayan bir şey olsun" - Mərhum Xalq artisti Rafael Dadaşovun qızı adını dəyişir (VİDEO)
Diplomatlar Laçına səfər ediblər
Konturyeyənlər - Təbriz VƏFALI YAZIR
İran İsrailə yeni raket zərbəsi endirib - Biri məşhur şirkətin ofisinə yaxın əraziyə düşüb
İlham Əliyev zəlzələdə zərərçəkən ailənin evində olub - VİDEO
İSRAİL-İRAN SAVAŞI: Tehran telekanalı hədələyir, Netanyahu isə dünyanı dəyişdirəcəklərini deyir
Rəsmi Moskvadan ABŞ və İsrailə - Xəbərdarlıq
Finlandiya Ottava müqaviləsindən çıxır, deputatlar "hə" dedi - "Rusiyadan təhlükə var"
İspaniya Trampın tələbini rədd etdi - NATO-da ÇAT YARANDI
XİN başçısı israillilərə çağırış etdi: "Hərbi və kəşfiyyat bölgələrindən uzaq durun"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ Ev: "Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək, o..."
Ərdoğan İlham Əliyevi Türkiyədən Bakıya belə yola saldı - FOTOLAR