25-08-2016 [17:48]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mətbuata açıqlamasında referenmdumla Konstitusiyaya ediləcək dəyişikliklər fonunda Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib.
"Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir", – deyə, o, bildirib.
Mia.az xəbər verir ki, deputat Musa Quliyev də Modern.az-a açıqlamasında Əli Hüseynlinin fikirlərini dəstəkləyib:
"Əli Hüseynlinin "Nazirlər Kabineti islahatların önündə getmir” fikri ilə razıyam. Nazirlər Kabineti islahatların önündə gedə də bilməzdi. Çünki Azərbaycanda prezident üsul idarəçiliyidir. Əsas islahat və yeniliklərin müəllifi cənab prezidentdir. Nazirlər Kabineti isə icraedici orqandır. Müəyyən sahələrdə öz fəaliyyətini lazımi səviyyədə həyata keçirməyib”.
Musa Quliyevin fikrincə, bununla belə, referendumun məqsədi heç də birbaşa Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı deyil:
"Konstitusiyaya bir sıra dəyişiklik təklif olunur. Bu dəyişikliklər Azərbaycanın öz inkişafının yeni mərhələyə qədəm qoyacağından xəbər verir. Qeyri-neft sektorunun ölkədə aparıcı bir sahəyə keçməsi bir sıra islahatları qaçılmaz edir. Buna görə də idarəetmənin optimallaşdırılması, idarəetmədə ardıcıllığın həyata keçirilməsi, verilən qərar, sərəncamların vaxtında, düzgün icrası və s. məsələlər yeni institutların olmasına zərurət yaradır”.
Deputat bildirib ki, vitse-prezidentlik institutunun yaradılması ilə Nazirlər Kabinetinin buraxılmasını söyləmək o qədər də asan deyil:
"Ola bilər ki, Nazirlər Kabineti də qalsın, vitse-prezidentlik institutu da olsun. Bu da ola bilər ki, biri olsun, digəri yox. Bunu gələcək göstərəcək. Amma baş nazir varsa, onun kabineti də qalmalıdır. Görüləcək işləri daha da sürətləndirmək, optimallaşdırmaq, icra strukturları ilə prezident arasında əlaqələrin daha da yaxşı uzlaşdırılması üçün vitse-prezidentlik institutunun yaradılması zəruridir. Heç də düşünmürəm ki, biri o birini inkar edəcək. Biz hansı islahatların aparılacağını referendumdan sonra görəcəyik. İndidən versiyaların səsləndirilməsini hər kəsin öz subyektiv fikri kimi qiymətləndirirəm”.
Qeyd edək ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcək.
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi