24-08-2016 [23:45]
Xəbər verdiyimiz kimi, ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu gün Türkiyəyə rəsmi səfər edib. O, baş nazir Binəli Yıldırım və prezident Ərdoğanla görüşlərində yeni mesajlar verib.
Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Baydenin bugünkü səfərindəki açıqlamaları onda müəyyən qənaət yaradıb:
"İlk gəldiyim qənaət budur ki, Vaşinqton Ankara ilə münasibətlərdə "soyuq müharibə” illərində ilişib qalıb. Bunu Baydenin "Türkiyənin Amerikadan yaxın dostu yoxdur” sözləri də xəbər verir.
Bəli, İkinci Dünya Müharibəsindən sonra Türkiyənin SSRİ-dən, daha doğrusu diktator Stalindən qorunmasına ehtiyac var idi, çünki bığlı diktator gözünü isti sulara, Bosfor və Dardanel boğazlarına dikmişdi. Belə bir məqamda Vaşinqton Türkiyəni SSRİ-dən qorudu, Amerika qardaş dövləti öz təhlükəsizlik çəmbəri altına aldı.
Ancaq soyuq müharibənin bitməsindən 25 il keçib, dünya ikiqütbü deyil və Türkiyənin olmayan SSRİ-dən qorunmaq üçün mütləq mənada ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyacı yoxdur. Əksinə, Ankara Vaşinqtondan anlayış gözləyir, strateji müttəfiqliyə sadiq qalmasını, FETÖ liderinin Amerikadan qovulmasını, ən azı indiki mərhələdə nəzarət altına alınmasını, Suriyada PKK-nın qanadı olan silahlı kürdlərə dəstək verməməsini istəyir. Ancaq Bayden Ankaranın gözləntiləri ilə bağlı konkret vəd vermədi, mücərrəd açıqlamalar səsləndirdi. Fikrimcə, bu mərhələdə Ankaranın Bayden və ya ABŞ prezidenti Barak Obamadan ciddi gözləntisi qalmayıb".
Ekspert deyir ki, yanvarda Obama Ağ Evi tərk edir, Ankara onun və Baydenin yerinə gələcək simaları gözləmək məcburiyyətindədir:
"Ancaq yeni prezident də Ağ Evə yiyələnən kimi, FETÖ liderini Pensilvaniyadakı rahat mülkündən Ankarada və ya Türkiyənin digər şəhərindəki ciddi rejimli həbsxanaya göndərən deyil. Belə olan halda, Türkiyə ABŞ-dan uzaqlaşmaqda davam edəcək. Bu gedişatın hansı dövlətin işinə yarayacağı bəllidir: Bu, Rusiyadır. Söhbət vaxtilə ABŞ-ın Türkiyəni qoruduğu SSRİ varisi olan dövlətdən gedir. Həqiqətən "soyuq müharibə”dən əsər-əlamət qalmayıb, dövran və regional şərtlər dəyişib və Ankara dəyişən bu şərtlər daxilində yaxın və uzaq qonşularla münasibətlərinə yenidən baxır".
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi