Rəsmi Moskvadan Türkiyənin hücumuna reaksiya - Bəyanat

img

24-08-2016 [22:57]


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ordusunun bu gün səhər saatlarında Suriyaya daxil olmasına reaksiya verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya XİN-nin rəsmi saytında Türkiyənin hücumuna belə münasibət bildirilib:

"24 avqust tarixində Türkiyə Suriya torpaqlarında əməliyyata başladığını açıqladı. Mətbuatda yer alan xəbərlərə görə, türk tankları müttəfiq Suriya müxalifət birlikləri ilə sərhədi keçiblər. Rəsmi Ankara hədəfinin IŞİD-lə mücadilə olduğunu açıqladı.

Moskva Suriya-Türkiyə sərhədində yaşananlardan çox narahatdır…

Hər şeydə öncə sivil xalq arasında həyatını itirənləri nəzərə aldıqda, böhran bölgəsindəki durumun daha da pisləşəcəyi ehtimalı əndişə yaradır".

XİN-nin açıqlamasında daha sonra bildirilib ki, Suriya böhranı beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA