24-08-2016 [14:12]
Türkiyə Suriyanın şimalında hərbi əməliyyata başladı. Gecə yerli saatla 4.00-də hava hücumlarıyla başlayan hərəkat daha sonra top atışlarıyla davam etdirildi.
Son məlumata görə, artıq Cerablus Türk ordusu tərəfindən alınıb.
Əməliyyatın daha da böyüməsi və digər bölgələri əhatə etməsi gözlənilir. Nədən ki,qardaş ölkənin hədəfi Cerablusu ələ keçirmək deyil, son zamanlar Suriyanın şimalında baş verən hadisələrin qarşısını bütövlüklə almaqdır.
Müxtəlif zamanlarda qələmə aldığımız yazılarda həmin hadisələrin mahiyyətindən bəhs etdiyimizdən, üzərində daha artıq durmaq fikrində deyilik. Sadəcə, onu xatırlatmaq yerinə düşərdi ki, Türkiyə neçə ildir, Suriyanın şimalında yerləşən Münbic əyalətini özünün "qırmızı cizgisi” elan edib. Çünki Münbicin kürd separatçıları tərəfindən ələ keçirilməsiylə İranın qərb sərhədlərindən Aralıq dənizinə qədər uzanan zolaqda Böyük Kürdüstan dövlətinin qurulması və əyalətlər arasında torpaq əlaqələrinin yaradılması nəzərdə tutulur. ABŞ tərəfindən açıq şəkildə dəstəklənən bu plan Türkiyə üçün iki cəhətdən təhlükəli perspektiv vəd edir.
Təhlükədən biri Kürdüstan xəyalının reallaşmasından sonra proseslərin Türkiyəyə sıçraması və ölkənin cənubunda etnik əsaslara söykənən vətəndaş müharibəsinin başlaması ehtimalıdır.
Qeyd edək ki, bunun əsasları əvvəldən yaradılıb, Türkiyə PKK separatçıları vasitəsilə uzun illər boyu qan gölünə çevrilib. Ərdoğan hakimiyyəti dövründə bu problem siyasi yolla həll edilməyə çalışılsa da nəticə verməyib, nəhayət, "kürd açılımı” siyasətindən vaz keçilib. Son zamanlar Ərdoğanın Rusiya və İrana meyllənməsi isə Qərb ölkələrinin kürd separatçılarını aktivləşdirməsinə yol açılıb.
Rəsmi Ankaranın Rusiyaya meyllənməsi də əslində başadüşüləndir.
Müttəfiqlərinin Suriyada dəstəklədiyi PYD-nin fəaliyyətləri ilə ərazi bütövlüyü təhdid olunan Türkiyə bir tərəfdən də Rusiya ilə qarşı-qarşıya gətirilmiş, vurulan rus təyyarəsilə iki ölkə arasında yaranan gərginlik onun Suriya sərhədlərinə havadan nəzarət imkanlarını daraltmışdı. Yaşanan bütün hadisələrin öz milli maraqlarının əleyhinə yönəldiyini görən AKP hakimiyyəti çarəni Rusiya ilə münasibətləri normallaşdırmaqda və bugünkü əməliyyatlara zəmin hazırlamaqda görmüşdü.
Kürd zolağını Türkiyə üçün təhlükəli edən digər bir səbəb bu planın baş tutacağı təqdirdə qardaş ölkə ilə müsəlman dünyasının arasında təbii maneənin ortaya çıxmasıyla bağlıdır. Qardaş ölkənin həm İraq, həm də Suriya sərhədləri boyunca uzanan kürd zolağı siyasi xaraktercə hər 3 dövlətlə ziddiyyətdə olacağından, onların inteqrasiyasına və Türkiyənin sünni dünyası ilə əlaqə qurmasına mane yarada bilər. Sərhədlərinin digər tərəfində isə məhzəb və dövlət maraqları baxımı tarixən toqquşan İran var və Türkiyənin bu ölkə ilə sağlam əlaqələr qurması müşküldür.
Bütün bu amilləri nəzərə alıanda Suriyanın şimalında başlayan hərbi əməliyyatın kürd zolağını kəsənə qədər davam edəcəyini gözləmək olar. Bu isə əməliyyatın Menbic vilayətini alana qədər davam etdiriləcəyi mənasına gəlir. Əsl problem də bundan sonra başlayacaq. Zira indiki hərbi qüvvələrilə Türkiyənin həmin əraziləri alması o qədər də çətin deyil. Amma alınanı əldə saxlamaq həmişə asan olmur. Türkiyə də bu problemlə üzləşə bilər.
Hədəfə götürülən ərazinin böyüklüyü, ABŞ və Rusiya kimi güclü dövlətlərin Suriyada mövcudluğu Türk ordusuna mənsub əsgərləri ciddi təxribat ehtimalları ilə üz-üzə qoya bilər. Üstəlik, beynəlxalq rəqiblərin əlində PYD, İŞİD kimi qüvvələri Türkiyənin qabağına çıxartmaq imkanları da var ki, bu da qardaş ölkənin işini çətinləşdirir.
Bu qədər çətin şəraitdə başlayan hərbi əməliyyatların ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfəri ərəfəsinə düşməsi də təsadüfi deyil. Görünür, qardaş ölkə öz müttəfiqini fakt qarşısında qoymaq, "ya mənim əndişələrimi nəzərə alın, ya da əks qütbdə olacağam” mesajı verməyə çalışır.
Hərbi əməliyyatın zamanlaması ABŞ-la Türkiyə rəsmilərinin müzakirə prioritetini də müəyyənləşdirə bilər. Bu günə qədər tərəflərin arasında əsasən Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsinin müzakirəsi gözlənilirdi. Bugünkü hərbi əməliyyatlarla isə prioritetin dəyişildiyini söyləmək mümkündür. Böyük ehtimalla, ABŞ-Türkiyə arasında əsas müzakirə Suriyanın şimalındakı hadisələrlə bağlı olacaq.
ABŞ-ın "kürd kartı”ndan geri çəkilməsi asan məsələ deyil və bu, bütövlüklə Böyük Yaxın Şərq proyektinin iflası demədir. Çünki həmin proyektin başlıca məqsədlərindən biri regionda kürd dövlətinin qurulmasıdır. Bu məqsədin reallaşması həm Türkiyənin, həm İranının, həm də Suriya və İraqın ərazi bütövlüyünün təhlükə altına düşməsiylə nəticələnə bilərdi və ortaq maraqlar əvvəl-axır hər 4 dövləti eyni məqsəd ətrafında birləşdirməliydi. Rusiyanın proseslərə regional dövlətlərin maraqlarından müdaxilə etməsi isə ABŞ-ın Yaxın Şərqdə əlini zəiflədən əsas amillərdən hesab olunur.
Co Baydenin Türkiyəyə Baltikyanı respublikaları ziyarətdən sonra gəlməsi və səfərdən əvvəl Rusiyanın qərb sərhədlərində NATO qüvvələrinin gücünü artıracaqlarını bildirməsi və ardınca da Türk ordusunun Suriyaya müdaxiləsi də ilgincdir. Mümkündür ki, bu hərbi müdaxilə ABŞ rəsmisini Ankarada xüsusi sürprizlə qarşılamaq məqsədi daşıyır. Bəlkə də Türkiyə öz müttəfiqinə "oyunu qaydalarına görə oynamayanda əlindəki kartlar öz əleyhinə çevrilə bilər”həqiqətini xatırlatmaq üçün bu addımı atıb.
Ankaranın son addımı Co Baydeni ya Türkiyədən əliboş geri qayıtması, ya da öz müttəfiqinin iradəsilə razılaşması seçimi qarşısında qoya bilər. İndiki halda Rusiya ilə ciddi gərginliklər yaşayan ABŞ-ın Türkiyədən vaz keçməsi mümkün görünmür. Münasibətləri yenidən əvvəlki səviyyəyə gətirmək üçün isə Türkiyəyə böyük güzəştlər edilməlidir. Güzəştlərdən biri Gülənin təhvil verilməsi, digəri isə Suriya siyasətini yenidən gözdən keçirilməsi ola bilər. Hər iki güzəşt isə ABŞ üçün asan deyil.
Buna baxmayaraq, onsuz da gedərayaq olan Obama hakimiyyətinin güzəştləri qəbul etməsi mümkündür. Belə olacağı təqdirdə isə, növbəti prezidentlik yarışında Donald Trampın mövqeyi güclənir. Bu da ilk növbədə ABŞ-ın bir çox nəhəng qlobal şirkətlərinin mənafeyinə uyğun gəlmir.
Qeyd edək ki, Co Bayden Baltik ölkələrində səfərdə olarkən, Donald Trampı xarici siyasətdən başı çıxmayan adam kimi xarakterizə edərək aşağılamışdı. Üstündən bir gün keçməmiş isə özü sürprizlə qarşılaşdı. Türkiyənin Suriyaya hərbi əməliyyata başlaması, yəqin ki, tarix kitablarında Obama hakimiyyətinin xarici siyasətində növbəti səhvinin nəticəsi kimi xarakterizə olunacaq.
Strateq.az
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi