Türkdilli ölkələrin ortaq telekanalı bu adla yayıma başlayacaq – “İnternational turkish news channel”

img

23-08-2016 [20:57]


Tezliklə türkdilli ölkələrin ortaq telekanalı yayıma başlayacaq.

Telekanalın adı artıq müəyyənləşib – "İnternational turkish news channel”.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənovun sözlərinə görə ortaq televiziya 6 dildə yayımlanacaq.

"Baş ofisinin harda yerləşməsi hələ müəyyənləşdirilməsə də bu, Bakı, İstanbul və Astana şəhərlərindən biri ola bilər", – deyən baş katib əlavə edib ki, bu layihə çoxdan gündəmdə olsa da, neftin qiymətinin düşməsi ilə əlaqədar Qazaxıstan tərəfinin xahişi ilə bir qədər ləngidilib.

Ölkə.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR